Əlillik dərəcələrinin təyin olunması

“MƏRHƏMƏT” KİMSƏSİZLƏRƏ YARDIM İCTİMAİ BİRLİYİ

Məlumat

Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin  Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən ilkin və ya təkrar əlillik müayinəsinin aparılması üçün tələb olunan sənədlərin siyahısı:

 

1. Səhiyyə müəssisəsinin göndərişi (88№-li forma);

2. Şəxsiyyət vəsiqəsi.

 

Qeyd: Əlilliyin səbəbindən (hərbi xidmətlə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri və ya Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, əmək zədəsi və peşə xəstəliyi nəticəsində əlil olma) asılı olaraq, əlavə sənədlər tələb olunur.

Həmin sənədlərlə TSEK-ə müraciət edən vətəndaş komissiya tərəfindən müayinə edildikdən sonra müayinənin nəticələrinə əsasən ona əlillik dərəcəsinin təyin edilib-edilməməsi barədə qərar çıxarılır.