Sumqayıt “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi uğurla başa çatmışdır.

0
188

IMG_515328 yanvar 2017-ci il tarixində Sumqayıt şəhərində “Park Restoran”-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi çərçivəsində “Dəbli biznes” mövzusunda növbəti təlim keçirilmişdir.
Gənc modelyer Aytən Xəlilzadə tərəfindən aparılan təlimdə müasir moda aləminin düşüncə tərzi, rəngarəngliyi və motivləri, yaşam tərzi və iqtisadi vəziyyəti haqıında müzakirələr aparılmış, təlim interaktiv şəraitdə davam etdirilmişdir.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
Üç ay müddətində davam etdirilən layihə çərçivəsində “Jurnalistika”, “Fotoqraf”, “Video operator”, “Sosial mühəndislik”, “XXI əsrin peşələri”, “İT mühəndislik” və “Dəbli Biznes” mövzularında ümumilikdə yeddi müxtəlif təlimlər həyata keçirilmişdir.
Layihənin əsas məqsədi ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatın ödənilməsində texniki – peşə təhsili müəssisələrinin fəaliyyətini bu vəzifələrin icrasına yönəltmək, peşə təhsilini müasir tələblər baxımından təkmilləşdirmək, müxtəlif sahələr üçün yüksək ixtisaslı kadrlar hazırlamaq, peşə təhsilinin ictimaiyyət arasında məlumatlanıdrmaq, bu istiqamətdə gənclərin bilik və bacarıqlarının artırılması olmuşdur.
Təlimlərdə müxtəlif sahələri təmsil edən 210 nəfər gənc iştirak etmişdir.8

Şərh yaz