QHT fiziki və əqli qüsurlu uşaqlara dərslər davam edir

0
265
"Mərhəmət Kimsəsizlərə Yardım” İctimai Birliyi İmişli rayonunda fiziki və əqli qüsurlu uşaqlarla məktəbəqədər təhsili davam etdirir.   Bu barədə məlumat verən təşkilat sədri İradə Polad deyib ki, dərslər tanınmış mütəxəssislər tərəfindən həyata keçirilir: "Uşaqlarda tədrisə böyük maraq hiss olunur. Bu maraq özünü davamiyyətdə də göstərir. Uşaqlar dərslərə böyük maraqla gəlir və iştirak edirlər”. İ.Polad onu da deyib ki, məktəbəqədər dərslərin keçirilməsində nəzərdə tutulmuş dərsliklərdən istifadə olunur. Tədris zamanı yaradıcı uşaqlar aşkar edilir. Dekabr ayında yaradıcı uşaqların əl işlərindən ibarət sərginin keçirilməsi planlaşdırılır. Görüşlər və dərslər davam edir.  Layihə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin dəstəyilə həyata keçirilir. Layihənin icrasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İmişli rayon şöbəsi fəal iştirak edir.
QHT fiziki və əqli qüsurlu uşaqlara dərslər davam edir

Şərh yaz