QHT sağlamlıq imkanları məhdud uşaqların problemlərini araşdıracaq

0
210

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi yeni layihənin icrasına başlayıb.

Gələcəyəbirgə.az”ın verdiyi məlumata görə, “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik problemi ilə bağlı informasiya təminatı” adlı layihənin icrasına İmişli rayonunda start verilib. Layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində əlillərin və sağlamlıq imkanları məhdud uşaqların problemləri araşdırılacaq və onların həlli yolları əlaqədar qurumlar qarşısında qaldırılacaq.

Layihənin keçiriləcəyi müddətdə keyfiyyətli nəticəyə nail olmaq üçün davamlı olaraq aidiyyatı dövlət qrumları ilə görüşlər təşkil olunacaq, məktəbəqədər hazırlıq kursları, sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgilər keçiriləcək.

Şərh yaz