Klintonun seçki qərargahına göndərilən məktubdakı toz təhlükəsiz çıxıb

0
190

İlkin nəticələrə görə, ABŞ prezidenti postuna namizəd Hillari Klintonun seçki qərargahının Bruklin şöbəsinin təxliyəsinə səbəb olan məktubdakı tozun tərkibində təhlükəli maddələr yoxdur.

Oktyabrın 21-də Klintonun seçki qərargahının Bruklin şöbəsi məktubda aşkarlanan şübhəli tozla əlaqədar təxliyə olunub. Telekanalın məlumatına əsasən, məktub əvvəlcə namizədin Manhettendəki ofisinə göndərilib. Məktubun orada açıldıqdan sonra nəyə görə Nyu-Yorkun digər hissəsinə – Bruklinə yola salındığı məlum deyil.

Nyu-York polisi araşdırmalara başlayıb. Təhqiqata ABŞ-ın Məxfi Xidməti və Fövqəladə Vəziyyətlər üzrə Xidmətinin də qoşulduğu bildirilir.

Şərh yaz