“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi və “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin dəstəyi ilə Qarabağ müharibəsində yaralanmış fiziki məhdudiyyətli müharibə iştirakçılarının istirahətini təmin etmək üçün mərkəzin xidmətləri ilə tanışlıq turu təşkil edilmişdir.

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Poladın Karabakhmedia.az-a verdiyi məlumata görə, “Şahdağ” Turizm Mərkəzində 4 fevral 2016-cı il tarixində “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi və “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin dəstəyi ilə Qarabağ müharibəsində yaralanmış fiziki məhdudiyyətli müharibə iştirakçılarının istirahətini təmin etmək üçün mərkəzin xidmətləri ilə tanışlıq turu təşkil edilmişdir.

Tur çərçivəsində veteranların mərkəzə gətirilməsi və geri qaytarılması üçün nəqliyyat vasitəsi, xizək avadanlıqlarının icarəsi və kanat yollarından istifadə edilməsi “Şahdağ” Turizm Mərkəzi əməkdaşları Elnarə Fərzəli və Ceyhun Ağabaəyov tərəfindən təmin edilmişdir. Tədbir çərçivəsində 15 nəfər müharibə iştirakçısı mərkəzdəki hotellərlə tanış olmuş, qondola və kanatlar vasitəsilə möhtəşəm mənzərəyə malik Şahdağ yamaclarını seyr etmiş, xizək sürmüşlər. Eyni zamanda Azərbaycanda ilk beynəlxalq xizək məktəbinin peşəkar təlimçiləri onları xizək sürməyin ən təhlükəsiz və asan yolları ilə tanış etmişdir. Qeyd edək ki, turizm mərkəzində məhz fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş ən son texnoloji imkanlara malik xizək avadanlıqları mövcuddur ki, onlar vasitəsilə çətinlik çəkmədən xizək sürmək mümkündür.

Bu cür tədbirlər sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasına dəstəkvermək və onların hamı ilə bərabər surətdəsosial-iqtisadi həyatda tam və səmərəli iştirakına kömək etmək məqsədi daşıyır. Xüsusilə, vətənin müdafiəsi uğrunda öz sağlamlığını qurban verən şəxslərə sosial qayğının göstərilməsi cəmiyyət olaraq borcumuzdur.

Əsası 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuş “Şahdağ” Turizm Mərkəzi regionun ən böyük qış-yay isirahət komplekslərindən biri kimi fəaliyyət göstərir. Təbiətin möhtəşəmliyi ilə müasirliyi özündə birləşdirən mərkəzdə yerli və xarici qonaqlarda unudulmaz təəssüratlar yaratmaq məqsədilə çoxsaylı xidmətlər təklif olunur. İl boyu fəaliyyət göstərmək iqtidarında olan və Azərbaycan tarixində ilk dağ-xizək kurortu hesab olunan “Şahdağ” Turizm Mərkəzi Qusar rayonunun mərkəzindən 32, paytaxtdan isə 210 kilometr məsafədə, dəniz səviyyəsindən 1640 m hündürlükdə “Şahdağ” Milli Parkının yaxınlığında, təbii yaylaqda yerləşir.

 

Şərh yaz