Mərəhəmət Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad qəzada xəsarət alanlarla görüşüb

0
281

Mərəhəmət Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad, Şəhid Ailələrinə Sosial Dəstək İB sədri Almaz Zeynalova “Neftçilər” xəstəxanasında “Günəşli” yatağında baş verən qəzada xəsarət alanlara baş çəkib

Onlar, xəsarət alanlarla görüşdən sonra təəssüratını bizimlə bölüşdü: “Çox ağrılı hadisədir. Allah kömək olsun. Yaralılardan biri, Biləsuvar rayon sakini, Məlahət Əliyeva ilə görüşdük. Ailəsini dolandırmaq üçün dənizdə işlədiyini dedi. Xanım hadisədən sonra yenidən dünyaya gəldiyini söyləyirdi. Məlahət Əliyeva dövlətin xəsarət alanlara qayğı və diqqət göstəridiyindən danışdı.

Xəsarət alanlar Mərdan və Allahverdinin vəziyyəti ilə maraqlandım. Onlar itkin düşən iş yoldaşlarını göz yaşı ilə yad etdilər. Allahverdi Allaha şükür edib  dedi: “Allah məni dünyaya gələcək körpəmə bağışladı”. Mərdan peşəsinə sevgisindən danışdı. Sonra əlavə etdi: “Hadisədir də olub. Biz vətənə xidmət edirik”. Onları dinlədikcə, vətənə xidmət etdiklərini deyən oğullarımızla hal-əhval tutduqca ürəyim dağa döndü. Allah həyatlarını itirənlərə rəhmət eləsin. Xəsarət alanlara da Allah şəfa versin”.

12336428_1114583738565464_2040267219_n

Şərh yaz