Gürcüstanda Ermənistan səfirliyinin qarşısında aksiya keçirilib

0
217

İradə Polad: “Məqsəd girovlarımıza edilən haqsızlığa son qoyulmasını tələb etmək idi”

Gürcüstanda Mərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyinin təskilatcılıgı ilə Azərbaycanın işgal olunmuş Kəlbəcər rayonunda ermənilər tərəfindən əsir götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quluyevin azadlığa buraxılması məqsədi ilə Ermənistan səfirliyinin qarşısında aksiya kecirilib. Aksiyada Gürcüstan azərbaycanlıları və Gürcüstan Azərbaycan Milli Konqresinin nümayəndələri, Almaniyanin Bavariya vilayətinin diaspor nümayəndəsi Akif Məmmədov iştirak edib. Gənc Vətənpərvərlər Birliyinin Şəmkir Şöbəsinin müdiri Tural Əliyev də aksiyaya dəstək verib.
Gürcüstandaki ermənistan səfirliyi qarşısında kecirilən aksiyada bir qrup azərbaycanlı, o cümlədən, Dilqəm Əsgərovun oglu Kürdoglu Əsgərov da istirak edib.
Aksiya zamani “Əsirliərmizi azad edin”, “Ermənistan terrorçu bir təşkilatdır” və.s şüarlar səsləndirilib. Aksiyada Mərhəmət Kimsəsizlərə Yardim İctimai birliyinin sədri İradə Polad cıxış edərək Ermənistanın Azərbaycan vətəndaslarına qarşı təcavüzkarlığından danışıb və dünya ictimaiyyətini bu haqsızlığın qarşısının alınmasına səsləyib.
Daha sonra, Dilqəm Əsgərovun oglu Kürdoglu Əsgərov cıxış edərək atasının öz doğma yurdu olan Kəlbəcər rayonunda əsir göturülməsini insanlığa qarşı ən ağir haqsızlıq oldugunu bildirib. Aksiyanın sonunda Mərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyinin əsirlərin azadlığa buraxılmasi ilə bağlı bəyanatı Ermənistanın Gürcüstandakı səfirliyinə təqdim olunub.
Aksiya təşkilatçıları əsirlikdə olan həmvətənlərimizin azad edilməsi ilə bağlı növbəti etiraz aksiyasını Avropa ölkələrində davam etdirməyi nəzərdə tutur.
İradə Polad həmçinin əlavə etdi ki, aksiya sakit və normal şəkildə keçdi: “Şəhər merindən icazə alinmışdı. Məqsəd girolarımıza edilən haqsızlığa son qoyulmasını, onların azadlığa buraxılmasını tələb edərək səsimizi bütün dünyaya çatdırmaq idi”.

Şərh yaz