İstedadlı gənclərə dəstək

0
201

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci il dönümü ilə əlaqədar Xəzər rayon Gənclər və İdman İdarəsinin binasında gənc rəssam Nofəl Abbasquluyevin tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib.

Tədbir Xəzər rayon Gənclər və İdman İdarəsi,Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi tərtərəfindən təşkil edilib.

Sərgiyə tamaşa edən qonaqlar gənc rəssamların işlərini yüksək dəyərləndiriblər. Qonaqlar dövlət tərəfindən istedadlı gənclərə verilən dəstəyin əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin cəmiyyətin inkişafı üçün önəmli olduğunu qeyd ediblər.
“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad sərginin əhəmiyyətini, dövlətin istedadlı gənclərə dəstəyini belə xarakterizə edib:

“Ölkəmizdəki gənclərin istedad və bacarıqlarını dəyərləndirmək hər birimizin borcudur. Gələcək fəaliyyətimizdə də gənc rəssamların və digər yaradıcılıq sahələrində çalışan istedadların üzə çıxmasına və təbliğinə çalışacağıq. Dövlətimiz istedadlı gənclərin inkişafı üçün hər cür şərait yaradıb. Biz də çalışmalıyıq ki, bu yöndə dövlətimizə bacardığımız köməyi edək ki, cəmiyyətimiz üçün sağlam vətəndaş yetişsin”.

Tədbirin sonunda gənc rəssamlara diplomlar təqdim edilib.

Şərh yaz