“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Mingəçevirdə

0
164

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin “Regionlarda kənd turizminin inkişafı üçün tarix və mədəniyyət abidələrinin mühafizəsinin genişləndirilməsi sahəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təlimi başlayıb.

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirovanın  verdiyi məlumata görə  təlimlər iyulun 3-dən başlayıb.

Mingəçevirdə  təşkil olunan bu tədbirlərdə  fəlsəfə doktoru Avdullayeva Rəhilə Abdulla qızı, Türkiyə Tadef-iin səlahiyyətli üzvü və “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə nümayəndəsi İlhan İşbasi iştirak ediblər. Bir neçə gün davam edəcək bu təlimlərin sonunda iştirakçılara sertifikat veriləcək.

Şərh yaz