Yaşıllaşdırma aksiyası

0
193
Bu gün ölkə ərazisində geniş iməcilik aksiyası keçirilib.
Aksiya zamanı təmizlik işləri aparılıb, yeni yaşıllıq massivlərinin salınması üçün ağaclar əkilib. 
 
Aksiyada QHT sektorunun nümayəndələri də fəal iştirak ediblər. Binəqədi rayon icra hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində böyük yaşıllaşdırma aksiyası keçirilib. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi də Binəqədi rayonunda keçirilən aksiyada iştirak edib. 
 
İctimai Birliyin sədri İradə Nəsirovanın qhtxeber.az-a verdiyi məlumata görə, aksiyada təşkilatın Binəqədi rayon şöbəsinin üzvləri də fəal iştirak ediblər. QHT öz vəsaiti hesabına xeyli ağac kolları alaraq, yaşıllıq massivi salınan ərazidə əkib. 
 
İradə Nəsirova onu da bildirib ki, Binəqədi rayon icra hakimiyyəti QHT sektoru ilə geniş əməkdaşlıq edir. Bunun da nəticəsində icra hakimiyyəti ilə QHT sektoru arasında sağlam əməkdaşlıq münasibəti formalaşıb. İcra hakimiyyəti QHT-lərin tədbirlərinin keçirilməsinə həmişə böyük dəstək verib.
 
“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi’nin Binəqədi rayon təşkilatının sədri Fərhad Əliyev isə bildirib ki, əkilən ağaclara qayğı da göstəriləcək. Təşkilat üzvləri ağacları daim sulayacaq, onların inkişafını təmin etmək üçün aqrotexniki tədbirləri də həyata keçirəcəklər. 

Şərh yaz