QHT ermənilərin dağıtdığı abidələrlə bağlı dünyanı məlumatlandırdı – Fotolar

0
179

Torpaqlarımızın 20 faizini işğal edən Ermənistan on illər boyu tarixi abidələrimizi dağıdaraq, maddi və mədəniyyət nümunələrimizi mənimsəyir

Ermənistan hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobud surətdə pozaraq, mütəmadi şəkildə Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Məhz bu problemi dünya ictimayyətinin diqqətinə çatdırmaq üçün “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsi çərçivəsində, Türkiyənin İstanbul və Ankara və Gürcüstanın Tbilisi şəhərində tədbirlər keçirib.

Tədbirlərdə hər üç ölkənin milli dəyərlərin təbliği üzrə araşdırmaçı-ekspertləri, tarixçilər və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak ediblər. Mövzu haqqında qonaqlara ətraflı məlumat verilib, Azərbaycanın işğal altında olan ərazilərində abidələrin ermənilər tərəfindən dağıdılması ilə bağlı faktlar diqqətə çatdırılıb. Həmçinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanmış, işğal altında olan tarixi abidələrimiz və erməni vandalizmi haqında video-çarx nümayiş olunub.

Layihə ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində yekun tədbir keçirilib. Tədbiri giriş sözü ilə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad açaraq, layihə və görülən işlərlə bağlı danışdı. Daha sonra layihənin eksperti, professor Faqi İsmayılov layihə çərçivəsində keçirilən tədbirlərlə bağlı məlumat verdi.

Faiq müəllim bu məsələ ilə bağlı daha çevik fəaliyyət göstərmək üçün təkliflər irəli sürdü. O, erməni vandalizminə qarşı mübarizə aparmaq üçün Gürcüstan, Azərbaycan və Türkiyənin elm xadimlərinin, ictimai fiqurlarının iştirakı ilə birgə komissiyanın yaradılmasının vacib olduğunu qeyd etdi.

Millət vəkli Elman Nəsirov, Beynəlxalq Telekommunikasiya Peyk təşkilatının vitse prezidenti Məzahim Quluyev çıxış edərək, fikirlərini bölüşdülər, layihənin əhəmiyyətini vurğuladılar.

Gürcüstan-Azərbaycan Milli Konqresinin sədri Əli Babayev, Strateji Araşdırmalar İnistutunun direktoru Ramiz Alıyev, filologiya elmlər doktoru, professor Raqub Kərimli şıxış edərək, təkliflər irəli sürdülər.
Layihənin eksperti Ramil Süleymanov layihə çərçivəsində Türkiyə və Gürcüstanda görülən işlərdən danışdı. Qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov da layihənin əhəmiyyəti ilə bağlı fikirlərini bildirdi.

Tədbirin sonunda Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılmasında əvəzssiz xidmətlərinə görə, millət vəkili Elman Nəsirova, layihənin ekspertləri Faiq İsmayılova və Ramil Süleymanova təşkilat tərəfindən mükafat təqdim edildi.

 

Şərh yaz