“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib.

0
181

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib.

Respublikamızın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilən tədbirə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərib.

Tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi qurumun keçirdiyi qrant müsabiqələrinin əhəmiyyətindən danışıb.

Kitab-kataloq haqqında məlumat verən icraçı direktor bildirib ki, təqdim olunan nəşrdə ilk dəfə çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan fotoşəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri əksini tapıb.

Nəşrin müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulovadır.

Digər çıxış edənlər də Qarabağın tarixinə, mədəniyyətinə həsr olunan əsərlərin, kitab-kataloqların sayının daha çox olmasının vacibliyini vurğulayıb, müəlliflərə uğurlar arzulayıblar.

Şərh yaz