“Mərhəmət” Kimsəsizlərə yardım İctimai Birliyi yekun tədbirini keçirdi

0
291

Torpaqlarımızın 20 faizini işğal edən Ermənistan on illər boyu tarixi abidələrimizi dağıdaraq, maddi və mədəniyyət nümunələrimizi mənimsəyir. Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobud surətdə pozaraq, mütəmadi şəkildə Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Məhz bu problemi dünya ictimayyətinin diqqətinə çatdırmaq üçün “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsi çərçivəsində, Türkiyədə və Gürcüstanda tədbir keçirib.

Bu gün isə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Mərhəmət” Kimsəsizlərə yardım İctimai Birliyi layihənin yekununa həsr olunan mətbuat konfransı keçirib. Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Mərhəmət” Kimsəsizlərə yardım İctimai Birliyinin sədri İradə Polad Nəsirova keçirilən tədbirlərlə bağlı geniş məlumat verdi, tədbirlərin təşkilində köməklik göstərən hər bir kəsə təşəkkürünü bildirdi. Daha sonra isə tədbirdə iştirak edən qonaqlar keçirilən layihələrlə bağlı öz fikirlərini səsləndirdi.

Şərh yaz