Almaniyanın Federal Miqrasiya və Qaçqınlar İdarəsinə, Almaniyanın Xarici İşlər Nazirliyinə

0
39

Hörmətli xanımlar və cənablar!
Diqqətinizə çatdırıram ki, Azərbaycan dövləti Avropanön bir hissəsidir, Avropa Şurası tam hüquqlu üzvüdür. Azərbaycan xarici siyasətində bütün ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasi kursun nəticəsi olaraq Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. 2004-cü il aprelin 28-29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqa səfəri çərçivəsində Avropa Şurasının bir sıra yüksək rütbəli nümayəndələri ilə görüşüb. Səfər zamanı Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider Azərbaycan Prezidentinə AŞPA-nın fəxri üzvü diplomunu və medalını təqdim edib. Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik edib. Sədrlik dövründə Azərbaycan Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərib, bu xüsusda qurumun üzv ölkələri və müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb. Azərbaycan Respublikasının sədrliyinin prioritetləri Avropa Şurasının gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər, ölkəmizin müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla, korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və sosial davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən edilmişdi. Həmin prioritetlərin dəstəklənməsi məqsədilə Azərbaycanda 18 mühüm beynəlxalq tədbir keçirilib.Azərbaycanın Avropa Şurasına üzvlüyündən sonrakı dövr ərzində AŞPA-nın monitorinq komitəsinin respublikamız üzrə həmməruzəçilərinin ölkəmizin qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə mütəmadi olaraq Bakıya səfərləri təşkil edilir. Hər dəfə hazırlanmış məruzələrdə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi yüksək qiymətləndirilib, ölkəmizin demokratiya sahəsində mühüm inkişafa nail olduğu qeyd edilib. Bu gün Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir və ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb. Avropa Şurasının tamhüquqlu və fəal üzvü kimi bu qurumla əməkdaşlıq edən və həmin əməkdaşlığı gündən-günə gücləndirən Azərbaycan Şuranın insan haqlarının qorunması, demokratik proseslərin inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini hər zaman rəhbər tutur. Ölkəmiz Avropa dəyərlərinə sadiqdir və Avropa ittifaqıla əməkdaşlığa marağlıdır və bunun üçün bütn səylərini göstərir.
Biz bilirik ki, Alman Dövləti Avropa Şurasının və Avropa İttifaqının əsas dövlətlərindən biridir və böyük təsirlərə malikdir. Azərbaycan dövləti daim Alman dövlət ilə əməkdaşlığa, münasibətlərin qarşılıqlı inkişafına marağldır və öz dövlət siyasətində bunu əks etdirir. Lakin bir qrup insanlar Azərbaycanı tərk edərək, özlərini siyasi təqib olunan kimi göstərərk Almaniyada qanunsuz fəaliyyət göstərilər. Onlar demokratiyanı əsas gətirərək, sosial şəbəklərdə, “etiraz aksiyalarında“ ölkə başçısını və digər dövlət xadimlərini təhqir edir və onların sərəf və ləyaqıtini alçaldırlar. Azərbaycan dövlətinin imicinə xələl gətirir. Belə ki, bunlardan biri Almaniyada fəaliyyət göstərən “Mühacir TV” internet kanali və onun paylaşaımlarını həyata keçirən “Korrupsiya Yox de” səhifəsinin əməkdaşlarıdır. Bu gün Mühacir TV-nin əməkdaşları Elmir Şirəliyev, Emin Şirəliyev, Mirməhəmməd Hüeysnov və Aliş Abdullayev hazırladığı və yayımladığı videolarda ölkə rəhbərliyini, tanınmış və hörmətli şəxsləri təhqir edən viedolar paylaşır. Azərbaycan qanunlarına görə və beynəlxalq hüquq normativ sənədlərə əsasən insan şərəf ləyaqətinin təhqir etmək olmaz. Bu cinayətdir və dövləti xəynatərdir. Çox təəssüf ki, bu insanlar Almaniyada yaşayırlar və qanunsuz fəaliyyət göstərilər.
Xahiş edirəm ki, onların facebook fəaliyyətləri nəzərdə keçirib dediyiklərimin əyani subut olaraq görəsiniz.
1. https://www.facebook.com/Elmir.Shireliyev24
2. https://www.facebook.com/Emin.Shieliyev.543
3. https://www.facebook.com/AlishAbdullaa
4. https://www.facebook.com/mehemmed.huseynov.1485

Düşünürəm ki, bucür insanlar cəzalndırılmazsa qanunsuz əməllərini davam etidirəcəklər.
Bu davranış Azərbaycanın dost ölkəsi olan Almaniya ilə münasibətlərinə kölgə salacaqıdır. Sizədə bəlidir, azərbaycan iqtisadi cəhətdən zəngin və demokratiyanın inkişafını əsas götürən ölkədir.
Xahiş edirəm ki, mənim müraciətimi nəzərədən keçirib müvafiq tədbirlər görəsiniz.
Hörmətlə

Şərh yaz