Təhsil Nazirliyi Yevlax rayonunda gələcəyin proqramçılarının yetişdirilməsinə dəstək verir

0
31

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində Yevlax rayon 7 nömrəli tam orta məktəbin qalib gəlmiş ““Addım-Addım” Resurs Mərkəzi – alqoritmik bilik ve bacarıqların təkmilləşdirilməsi” layihəsi çərçivəsində 18-19/11/2019-cu il tarixdə 5-ci sinif şagirdləri üçün, Scratch proqramlaşdırma təlimlər həyata keçirildi. Yeni mövzu şagirdlər tərəfdən olduqca maraqla qarşılandı. Layihənin təlimçisi Səmədova Nərmin xanım mövzu ətrafında ətraflı bilgilər vermiş oldu.

Paşayeva Gülbəniz Mars Academy MMC-də xüsusi təlim paketi əsasında hazırlanmışdır. Layihənin əsas məqsədi:

– Yevlax məktəblərinin şagirdlərinin alqoritmik biliklərinin təkmilləşdirilməsi
– İnformasiyalaşdırılma prosesinin elmi təminatının və informasiya texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması;
– Alqoritmllərin tədris prosssində düzgün və effektiv öyrədilməsinə nail olmaqdır.

Şərh yaz