Təhsil Nazirliyi gələcəyin robotexnologiya mühəndislərinin hazırlanmasına dəstək verir.

0
40

Elm sürətlə inkişaf edir: demək olar ki, hər gün yeni kəşfləri gətirir, həmçinin robottexnika sahəsində. Üstəlik, məhz bu elm sahəsi getdikcə bütün dünyada daha populyar olur.
Dronlardan başlayaraq yüksək texnologiyalı protezlərlə bitirərək, xüsusilə mürəkkəb və təhlükəli işlər üçün robotlar, robot avtomobillər ilə bitirərək- dünyada daha çox robot peyda olur və çoxları daha mükəmməl, daha ağıllı maşınları yaratmağa çalışırlar.
Robototexnika ilə təkcə alimlər deyil, həm də adi insanlar maraqlanır. Və, əlbəttə ki, uşaqlar. Robot texnologiyasından istifadə edərkən və robot dizayn edərkən onlar bir alim, mühəndis və ya bir dizayner kimi düşünür, zaman keçdikcə gündəlik həyatdakı problemləri araşdırmağa başlayır, bu problemlərə həll tapmaqda daha bacarıqlı olacaqlar.
Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş Bakı şəhəri 60 nömrəli məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Arifə Balakişiyevanın “I Mühəndislik və robototexnika” və Bakı şəhər 120 nömrəli tam orta məktəbin müəllimi, Zeynalova Gülnazın “Robototexnika” laboratoriyasının yaradılması layihələri istedadlı şagirdlərin aşkar olunması və dəstəklənməsi, onların məntiqi tənqidi təfəkkürünün inkişaf etdirilməsi, nəzəri biliklərinin, tətbiqetmə bacarıqlarının, texnologiya ilə işləmək qabiliyyətilərnin inkişaf etdirilməsinə xidmət edir.
15.11.2019-cu ildə Bakı şəhər 120 nömrəli tam orta məktəbin müəllimi, “Robototexnika” laboratoriyasının yaradılması layihəsinin qalibi Zeynalova Gülnaz Soltan qızının həyata keçirdiyi layihənin müdavimləri ilə video baglantı qurularaq, hər iki qrupun müdavimləri həyata keçirilən təlimlərdə qazandıqları bilgiləri canlı şəkildə bir birlərinə nümayiş etdirdilər. Təlimlər zamanı WeDo2.0 və EV 3 model robotlarını iş prinsipləri nümayiş etdirildi. Şagirdlər böyük həvəslə bir birlərinə öz robotlarının iş prinsipini nümayiş etdirirdilər.

Şərh yaz