Təhsildə İnqilab-Yeni Rəqəmsal labaratoriya avadanlıqlarının tədrisdə tətbiqi təlimləri uğurla davam etməkdədir.

0
73

Təhsil Nazirliyi “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, tədrisdə dünya standartlarına cavab verən əyani vasitələrdən istifadə prosesini genişləndirir. 09.11.2019-cu il tarixdə Cəbrayıl rayon 10 nömrəli kənd tam orta məktəbdə “Təhsildə inkişaf və innovasiyalar üzrə üçüncü qrant müsabiqəsi”nin fərdi layihə kateqoriyasında məktəbin direktoru Elçin Kəlbaliyevin qalib olmuş ” Rəqəmsal məktəb” layihəsinin ilk təlimi keçirilmişdir.
Cəbrayıl rayon 10 nömrəli tam orta məktəbdə təşkil olunmuş layihənin təlimində Cəbarayıl rayon Təhsil şöbəsinin əməkdaşları və rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin fizika, kimya və biologiya fənn müəllimləri iştirak etmişdir.

Məktəbin direktoru Elçin Kəlbaliyev çıxış edərək layihənin əsas Məqsədi:

1. Laboratoriya şəraiti müəllimin öz dərsini oyun şəklində qurmasına nail olmaq

2. “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında tələb olunduğu kimi, şagirdlərin idrak fəallığını, ümumi inkişafını “təfəkkür və düşüncə məktəbi”nə keçidlə təmin etmək

3. Rəqəmsal məktəb mühitinin formalaşdırılması

XXI əsr pedaqoji bacarıqlarının təhsilverənlərə ötürülməsi və inkişaf etdirilməsinə nail olmaq fikirlərini səsləndirdi. Daha sonra Bu layihənin nəticəsində: Dəqiqlik, analitik və kritik düşünmə, problem həll etmə, qərar vermə, komanda ilə işləmək və s. kimi bacarıqlar əldə edəcək, gələcəkdə hansı peşəni seçmələrindən asılı olmayaraq mükəmməl təhsil və karyera üçün artıq ilk uğurlu addımlarını atacaq və əldə olunan biliklərin real həyatda necə tətbiq olunacağını praktiki olaraq görəcək və öyrənəcəklər. Təlim müəllimlər tərəfindən böyük maraqla qarşılanmışdır. Təlimin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olundu.

Şərh yaz