Xızı məktəbliləri üçün Robotiks dərsləri davam edir.

0
50

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş Xızı rayon Agdərə kənd orta məktəbinin müəllimi Novruzova Sevincin “ROBOLAB” şagirdlərin səmərəli təhsil fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində 09.11. 2019-cu il tarixdə Xızı rayon şagirdlər üçün, Mars Academy MMC-nin peşəkar təlimçiçiləri tərəfindən layihənin növbəti təlimləri keçirilmişdir. Layihə rəhbəri Sevinc Novruzovanın sözlərinə görə layihədə iştirak etmək üçün, hətta Xızı ətrafı rayonlardan da zənglər qəbul edirik.
Layihənin əsas məqsədi istedadlı şagirdlərin aşkar olunması və dəstəklənməsi, onların məntiqi tənqidi təfəkkürünün inkişaf etdirilməsi, nəzəri biliklərinin, tətbiqetmə bacarıqlarının, texnologiya ilə işləmək qabiliyyətilərnin inkişaf etdirilməsidir.Layihə çərçivəsində şagirdlərə bu dəfə LEGO EDUCATİON WeDo 2.0 model robotların qurulması və onlara komфndaların verilməsini öyrənmiş oldular. Təlim olduqca böyük maraqla qarşılandı.
Layihə boyunca təlimlər 3 ay müddətində 100 nəfər şagird Xızı rayon üzrə seçilmiş məktəblərdən təlimlərə cəlb olunacaqdır. Robot texnologiyasından istifadə edərkən və robot dizayn edərkən şagirdlər bir alim, mühəndis və ya bir dizayner kimi düşünür, zaman keçdikcə gündəlik həyatdakı problemləri araşdırmağa başlayır, bu problemlərə həll tapmaqda daha bacarıqlı olacaqlar. Tədbirdə “Mars Academy MMC”-nin, “Demokratik Gənclər”İctimai Birliyinin, layihədə iştirak edəcək təhsil müəssisələrinin nümayəndələri iştirak edirdi.
Layihə çərçivəsində şagirdlərə araşdırma, elmi-tədqiqat, məlumat toplama, təqdimat hazırlama və təqdim etmə barədə təlimlər keçiriləcəkdir.

Şərh yaz