Sumqayıt şəhərində Kodlaşdırma sahəsində təlimlər uğurla davam edir.

0
67

Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin direktoru və “Kodlaşdırma bacarıqlarının kiçik yaşlı şagirdlərə öyrədilməsi” layihəsinin rəhbəri Səadət Məmmədova “Geleceyebirge.az” saytına layihə üçün niyə məhz bu mövzunun seçilməsindən danışıb: “Layihəyə başlamadan öncə bu istiqamətdə geniş araşdırma aparmaq üçün, məktəbimizin İKT bilikləri əla olan müəllimlərdən ibarət bir işçi qrupu təşkil etdim və bu sahədə geniş araşdırma aparadıq. . Bu istiqamət üzrə Azərbaycanda, xüsusəndə Sumqayıt şəhərində görülmüş işlərin təhlilindən sonra onlardan birinin üzərində dayanılıb. Bundan sonra biz “Kodlaşdırma bacarıqlarının kiçik yaşlı şagirdlərə öyrədilməsi” layihəsinin hazırlanmasına başladıq. Sevindrici haldır ki, Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində məktəb kateqoriya üzrə layihəmiz qalib olmuşdur.
“Bilirik ki, ilk addımı atmaq həmişə çətin olur. Layihəyə başlananda şagirdlərin bu proqrama nə qədər hazır olacağı, müəllimlərin onu nə dərəcədə uğurla tədris edəcəyi ilə bağlı narahatlığımız vardı. Artıq bu narahatlığı əminlik əvəz edib və qətiyyətlə deyə bilərik ki, biz gələcək üçün biz bu sahədə böyük təcrübəyə malik olan “Mars Academy” şirkəti ilə birgə çox möhkəm təməl qoyduq. Dəyişən iqtisadi vəziyyət və təhsillə bağlı çağırışlarda bu günə qədər diqqət mərkəzində olmayan bilik və bacarıqlar tələb olunur. Biz də çalışırıq ki, tədris proqramlarımızda həmin tələblər nəzərə alınsın. Sözügedən layihə ilk növbədə kiçik yaşlı sinifləri əhatə etsə də, növbəti tədris ilindən genişləndirilməsi planlaşdırılır. Bir sözlə, informatikanın tədrisində yeni yanaşma mərhələlərlə tədris proqramının bir hissəsinə çevriləcək. İnanırıq ki, kodlaşdırma, rəqəmsal təfəkkür, analitik düşüncə kimi bacarıq və səriştələr formalaşacaq”.
Layihənin məqsəd və vəzifələri:
1. Sumqayıt şəhər məktəblərinin kodlaşdırma istiqamətində xüsusi biliklərinin təkmilləşdirilməs;i
2. İnformasiyalaşdırılma prosesinin elmi təminatının və informasiya texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması; İnformatika fənninin kiçik yaşlı şagirdlərinə yeni bir formada, tədris prosssində düzgün və effektiv öyrədilməsinə nail olmaq.
3. Gələcək Azərbaycan təhsilinə yeni forma və Gələcəyə Təməl və İnnovasiyalar Mərkəzi –Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin bazasaında CODDİNQ CHENTRE yaradılması.
Layihə çərçivəsində hansl işlər görülmüşdür?
Layihə şərçivəsində CODDİNQ CHENTRE Mərkəzimizdə Şagirdlərin informatikanı yaxşı mənimsəməsində müəllimlərin rolu danılmazdır. Odur ki, layihədə iştirak edən şagirdlər seçilməsə də, müəllimlər seçilib. İnformatika əvvəllər bu intensivlikdə tədris edilmədiyindən dəyişikliyin əlavə problemlərə səbəb ola biləcəyi qabaqcadan hesablanıb. Odur ki, işə müəllim resurslarından başlanılıb. Müəllimlərin peşəkar inkişafını təmin etmək üçün layihəyə başlamadan müəllim hazırlığına başlanılıb. 3 meyar üzrə – məzmunu başa düşmək bacarığı, uşaqlara çatdırma bacarığı və şagirdlərin dərsdə fəallığını təmin etmə bacarığı üzrə seçilən müəllimlər təlimlərə cəlb edilib. Qəbul edilmiş qərar belə olub ki, müəllim hazır olmadan dərsə girə bilməz. Bu prinsiplə hər müəllimə 36 saat təlim keçilib. 10 peşəkar müəllim hazırlanmışdır. Hazırlanmış müəllimlərə xüsusi bilik və bacıqlar aşılanmışdır. Müəllimlərə bu bacəıqları “Mars Academy” MMC-nin təlimçisi Təranə Vəliyeva və İTE Azərbaycan MMC-nin və “Rəqəmsal bacarıqlar” layihəsinin təlimçisi Çinarə Bayramova xüsusi Təlimçi Təlimi proqramı çərçivəsində müəlliləri hazırladılar. Bu gün hal hazırda bizim könüllü təlimçilərimiz bu layihə çərçivəsində şagirdlərə təlimlərə başlayıblar. Təlimlər olduqca maraqla qarşılanır və valideyinlər tərəfidən böyük sevinclə dəstəklənir.
Layihə boyunca təlimlər 4 ay müddətində 300 nəfər şagird Sumqayıt üzrə seçilmiş məktəblərdən təlimlərə cəlb olunacaqdır. Çox az adam böyüyüb yazıçı olur, lakin biz yazı yazmağı hamıya öyrədirik, çünki yazmaq düşüncələr və fikirləri sistemləşdirməyin və digərləri ilə ünsiyyət yaratmağın bir yoludur. Düşünürəm ki, kodlaşdırmanı öyrənməyin səbəbləri də yazmağı öyrənməyin səbəbləriylə eynidir. Yazmağı öyrənəndə biz sistemləşdirməyi, özümüzü ifadə etməyi və fikirlərimizi yeni üsullarla və yeni vasitəylə paylaşmağı öyrənirik.

Şərh yaz