Azərbaycanda yeni layihə. Robotların köməkliyi ilə müasir dərs üsulunun qurulması istiqamətləri

0
108

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş Bakı şəhəri 60 nömrəli məktəbin təlim tərbiyyə işləri üzrə direktor müavini Arifə Balakişiyevanın “I Mühəndislik və robototexnika” layihəsi çərçivəsində Bakı şəhəri 21 nömrəli tam orta məktəbdə yeni müdavimlər üşün təlimlərə start verilmişdir.

Razılaşaq ki, övladının müəllim, hətta hüquqşünas, prokuror olmasını istəyənlərin sayı öncələrə nisbətən azalmağa doğru gedir. Valideyn reallığı qiymətləndirərək görür ki, dünyanın nəbzi texnika sıçrayışı ilə vurur. Bu yeni tendensiya axınında cəmiyyətə texniki elmlərə yiyələnmiş mütəxəssislər humanitar biliklərə yiyələnmişlərdən daha çox lazım olacaq və lazımdır. Odur ki, dünya təhsili texniki elmlərə xüsusi önəm verir.

Ölkəmizdə də təhsilin bu sahəsinə həm cəmiyyətin, həm də investorların marağı yaranmağa başlayır. Layihənin rəhbəri Arifə Balakişiyeva ilə maraqlı bir söhbətimiz oldu. Onunla söhbətimizdə bu dərslərin mahiyyəti, əhəmiyyəti, uşaqların hansı bilik və bacarıqları mənimsədiyi barədə danışmışıq.

– Arifə xanım bu dərslərdə komandanız uşaqlara konkret olaraq nələri öyrətməyə çalışır. Proqramınız nələrdən ibarətdir və bu dərslərin tələbələrə hansı faydaları var?

– Bu dərslərdə STEM təhsil metodologiyası əsasında 7-11 yaş arası bütün uşaqlara bir neçə mərhələdən – Modelləşdirmə, Alqoritmlər Robotics Pro kimi mərhələlərdən ibarət olmaqla robotiks məşğələləri tədris edilir. Təlimdə uşaqlara texnologiyaların, mühəndisliyin əyləncəli-praktiki yollarla öyrədilir.

Robotics dərsləri sayəsində tələbələr hərtərəfli inkişaf edərək sözün əsl mənasında “başlarını işlədəcək”, məntiqlərini və yaddaşlarını gücləndirəcəklər. Bir az tezisləşdirsək, belə demək olar:
– Dəqiqlik, analitik və kritik düşünmə, problem həll etmə, qərar vermə, komanda ilə işləmək və s. kimi bacarıqlar əldə edəcəklər.
– Gələcəkdə hansı peşəni seçmələrindən asılı olmayaraq mükəmməl təhsil və karyera üçün artıq ilk uğurlu addımlarını atacaqlar.
– Əldə olunan biliklərin real həyatda necə tətbiq olunacağını praktiki olaraq görəcək və öyrənəcəklər.
– Beynəlxalq olimpiadalar və layihələrdə iştirak imkanı əldə edəcəklər.

Uşaqların gələcək olimpiada və müsabiqələrdə iştirakı üçün hansı hədəflər nəzərdə tutmusunuz?
Layihənin sonunda Bakı məktəbləri arasaında I Mühəndislik və Robotexnika Olimpiadası keçirəcik. Bu keçirəcəytmiz Olimpiada Beynəlxalq turnirlərdə də şagirdlərin iştirakına imkanlar yaradacaqdır. Şəxsən mən hesab edirəm ki, bunun üçün gənc nəsli üç çox mühüm məsələni diqqət mərkəzində saxlamaqla tərbiyə etmək lazımdır – məlumatlılıq, texniki bacarıqlar və insanlıq xüsusiyyətləri. FLL məhz bu baxımdan möhtəşəm bir təşəbbüsdür. Digər bütün robot texnologiyaları yarışlarında fərqli olaraq, FLL iştirakçıları müxtəlif tərəfdən sınağa çəkir. Robot yarışları zamanı yaradıcı yanaşma və strategiya qurmaq, robot dizayn sahəsində proqramlaşdırma və dizayn, Layihə təqdimatında araşdırma və məsələlərə elmi yanaşma bacarıqları tələb olunursa, FLL-in “ürəyi” hesab olunan Əsas Dəyərlər hissəsi komanda işi, empatiya, dostluq, xeyirxahlıq və hörmət kimi bəşəri dəyərləri axtarır. FLL-də iştirak etmək üçün qeyd etdiyim komponentlərin hər birinin qabarıq nümayiş olunması çox vacibdir.
Təhsil Nazirliyinin ADA Universiteti ilə birlikdə təşkil edilən FLL Azərbaycan yerli turnirinirində iştirak etmək və qalib olmağı qarşımıza hədəf kimi qoymuşuq. Bu turnirin təşkilatçısı olan Mars Academy MMC həyata keçirdiyimiz layihədə bizə öz dəstəyini daima nümayiş etdirir.
Layihənin təqdimatı zamanı, MƏKTƏB-QHT-ÖZƏL SEKTOR əməkdaşlığına start verildi bildirmişdiniz. Bu ideyya necə yarandı?
Dünyanın inkişaf etmiş ölkələrində bu gün bu təcrübə mövcuddur.Hər birimiz bu ölkənin vətəndaşlarıyıq. Biz maksimum dərəcədə ölkəmizin çiçəklənməsi və inkişafı üçün, çalışmalıyıq. Təhsil Nazirliyinin elan etdiyi bu layihənin əməkdaşlığın qurulması bölməsində də biz ğözəl sektor MARS ACADEMY MMC və “Demokratik Gənclər” İB-nin birgə əməkdaşlığı ilə bu layihəni icra etməyimiz haqqında ətraflı məlumat vermişdik. QHT bu layihənin monitorinqini, MARS ACADEMY isə təlim hissəsini həyata keçirdir.
Sonda bildirmək istərdim ki,Həyatda ilk sərbəst addımlarını atarkən gənclər yeganə düzgün yolu görmədikdə aciz qala bilirlər. Bu zaman köməyə yenə də robotlar gəlir. Bu zaman uşaqlara sərbəst suallara öyrəşmək üçün bir az vaxt lazım ola bilər və müəllimlər onlara izah etməlidirlər ki, əgər dərhal yaxşı bir çıxış yolu tapa bilməsələr, burada qorxulu heç nə yoxdur. Onlar başa düşməlidirlər ki, ən optimalını tapana qədər səhv çıxış yollarını da yoxlamaq maraqlı və faydalı ola bilər. Uşaqlar bu yanaşmaya uyğunlaşan kimi, həqiqi yaradıcılıq və öyrənmək prosesi sürətlə inkişaf etməyə başlayır.

Şərh yaz