Gələcəyin proqramçıları yetişir.

0
91

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində Yevlax rayon 7 nömrəli tam orta məktəbin qalib gəlmiş ““Addım-Addım” Resurs Mərkəzi – alqoritmik bilik ve bacarıqların təkmilləşdirilməsi” layihəsi çərçivəsində 5-ci sinif şagirdləri üçün, ilk təlimlər həyata keçirildi. Məktəbin direktoru və layihənin rəhbəri Ulviyyə Ağayeva layihə haqqında ətraflı məlumat verdi. Layihə şagirdlər tərəfdən olduqca maraqla qarşılandı. Layihənin təlimçiləri Səmədova Nərmin və

Paşayeva Gülbəniz Mars Academy MMC-də xüsusi təlim paketi əsasında hazırlanmışdır. Layihənin əsas məqsədi:

– Yevlax məktəblərinin şagirdlərinin alqoritmik biliklərinin təkmilləşdirilməsi
– İnformasiyalaşdırılma prosesinin elmi təminatının və informasiya texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması;
– Alqoritmllərin tədris prosssində düzgün və effektiv öyrədilməsinə nail olmaqdır.

Şərh yaz