Layihə əsasında müəllimlərin seçimi davam edir.

0
107

26.09.2019–cu il tarixdə “Sabahın bünövrəsini birlikdə quraq” layihəsi çərcivəsində Sabunçu rayonu 155 N – li məktəbdə I və II siniflərində dərs deyən ibtidai sinif müəllimləri ilə görüş keçirilmişdir.

Geleceyebirge xəbər verir ki, görüşün əsas məqsədi müəllimləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”nin qalibi olmuş Sabunçu rayonu C.Məmmədyarov ad. 155 nömrəli tam orta məktəbin “Sabahın bünövrəsini birlikdə quraq” layihəsi ilə tanış etmək və bu layihə çərçivəsində təlimlərə cəlb olunacaq müəllimlərin test üsulu ilə seçimini həyata keçirməkdir.

Layihənin rəhbəri Ruhiyyə İbrahimova və təlimçi Vəfa Məmmədova iştirakçılara ətraflı məlumat vermiş, müəllimlərin İKT bacarığının test üsulu ilə yoxlanmasını həyata keçirmişdir.

Şərh yaz