Robot texnologiyalarının tədrisdə rolu istiqamətində layihə uğurla davam edir.

0
61

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş Bakı şəhəri 60 nömrəli məktəbin təlim tərbiyyə işləri üzrə direktor müavini Arifə Balakişiyevanın “I Mühəndislik və robototexnika” layihəsi çərçivəsində 25.09.2019 -cu il tarixdə Bakı şəhər 60 nömrəli tam orta məktəbdə layihənin növbəti telimi keçirilmişdir. Layihənin əsas məqsədi istedadlı şagirdlərin aşkar olunması və dəstəklənməsi, onların məntiqi tənqidi təfəkkürünün inkişaf etdirilməsi, nəzəri biliklərinin, tətbiqetmə bacarıqlarının, texnologiya ilə işləmək qabiliyyətilərnin inkişaf etdirilməsidir. Robot texnologiyasından istifadə edərkən və robot dizayn edərkən şagirdlər bir alim, mühəndis və ya bir dizayner kimi düşünür, zaman keçdikcə gündəlik həyatdakı problemləri araşdırmağa başlayır, bu problemlərə həll tapmaqda daha bacarıqlı olacaqlar. Təlimdə , “Mars Academy MMC”-nin, “Demokratik Gənclər”İctimai Birliyinin, layihədə nümayəndələri iştirak edirdi. Bu layihə çərçivəsində Məktəb-QHT-Biznes qrumu birlikdə bir əməkdaşlıq şəkilində fəaliyyət göstərəcəklər. Layihə çərçivəsində şagirdlərə araşdırma, elmi-tədqiqat, məlumat toplama, təqdimat hazırlama və təqdim etmə barədə təlimlər keçiriləcəkdir. Robototexnika sahəsində isə şagirdlər proqramlaşdırma, robotların tətbiq sahəsi barədə biliklərini artırırlar. Layihə çərçivəsində roll-up banner və flayerlərlər çap edilib, facebook-da səhifə açılıb

Şərh yaz