Sumqayıt şəhərində gələcəyin memarlarını hazırlayacaq müəllimlər üçün ilk təlimlərə start verildi

0
82

Scratch proqramlaşdırma dilinin yaradıcılarından biri Miç Resnik kodlaşdırmanın məktəblərdə öyrədilməsinin vacibliyinin səbəbləri barədə danışdı. Və səbəblər heç də sizin gözlədikləriniz deyil.
Otuz ildən çoxdur ki, Miç Resnik təhsil texnologiyaları və innovativ öyrənmə modellərini dərindən araşdırmaqla məşğuldur. Hazırda Massaçusets Texnologiya İnstitutunun professoru, məşhur Scratch proqramlaşdırma dilinin yaradıcılarından biri olan Resnik şagirdyönümlü təhsilin, birgə aparılan (kooperativ) təhsil mühitinin və kodlaşdırmanın savadlılığın (oxumaq və yazmaq) göstəricisinə çevrilməsi fikrinin qatı tərəfdarıdır. Onun “Ömürboyu bağça: layihələr, oyunlar, sinif yoldaşları və həvəs vasitəsilə yaradıcılığın (kreativliyin) aşılanması” adlı yeni kitabı bizim indiki təhsil vəziyyətimizə baxışı əks etdirir. Resnik iddia edir ki, “gələcəkdə indiki məktəb şagirdlərinin üçdə-ikisi hələ ixtira olunmamış peşələrdə işləyəcək”. Bunu deyərkən o, yeni yaranan sahələrə – süni intellektə, özünüidarə edən maşınlara və “ağıllı” evlərə işarə edir. Bəs biz şagirdləri bu sahələrdə uğurla fəaliyyət göstərməyə necə hazırlayaq?
Biz Sumqayıt şəhər 4 saylı tam orta məktəbin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant Müsabiqəsi çərçivəsində Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin qalib gəlmiş “Kodlaşdırma bacarıqlarının kiçik yaşlı uşaqlara öyrədilməsi” layihəsini müsabiqəyə göndərərək qalb olduq. Bu layihəmiz Sumqayıt şəhərində gələcəyin memarlarının qurulmasına hədəflənmişdir. “Biz ümumiyyətlə kodlaşdırmanı niyə öyrənməliyik?” Bu suala bir çoxlarının cavabı o olur ki, kodlaşdırmanı tədris etməklə biz şagirdlərin kompüter proqramçısı və kompüter alimi kimi peşələrə axın etməsinə nail oluruq. Sözsüz onlar haqlıdır ki, adıçəkilən sahələrdə iş imkanları sürətlə artır, lakin bu hər kəsin kodlaşdırmanı öyrənməsi üçün yetərli səbəb deyil.
Çox az adam böyüyüb yazıçı olur, lakin biz yazı yazmağı hamıya öyrədirik, çünki yazmaq düşüncələr və fikirləri sistemləşdirməyin və digərləri ilə ünsiyyət yaratmağın bir yoludur. Düşünürəm ki, kodlaşdırmanı öyrənməyin səbəbləri də yazmağı öyrənməyin səbəbləriylə eynidir. Yazmağı öyrənəndə biz sistemləşdirməyi, özümüzü ifadə etməyi və fikirlərimizi yeni üsullarla və yeni vasitəylə paylaşmağı öyrənirik. Layihənin əsas məqsədi: Sumqayıt şəhər məktəblərinin kodlaşdırma istiqamətində xüsusi biliklərinin təkmilləşdirilməsi, informasiyalaşdırılma prosesinin elmi təminatının və informasiya texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması, informatika fənninin kiçik yaşlı şagirdlərinə yeni bir formada, tədris prosssində düzgün və effektiv öyrədilməsinə nail olmaqdır. Bu layihə çərçivəsində:
– “Gələcəyə Təməl və İnnovasiyalar Mərkəzi –Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin bazasaında Sumqayıt şəhər məktəblərində çalışan informatika müəllimlərinin və şagirdlərin proqramlasdirma sahəsi uzre alqoritmik bilik ve bacariqlarinin təkmilləşdirilməsi istiqamətində mütamadi olaraq, işlərin görülməsi üçün bir dəstək mərkəzi yaradılacaqdır. Bu mərkəzdə 5 ay ərzində layihə boyunca peşəkar təlimçilər tərəfindən 2 istiqamətdə ( mentor müəllim və şagirdlərin hazırlanması həyata keçiriləcəkdir.Təlimləri Mars Academy şirkətinin peşəkar mütəxəssisləri tərəfindən keçiriləcəkdir.
Kodlaşdırma metodiki vəsaitinin hazırlanması – Bu təlim vəsaitində Kodlaşdırma və proqramlaşdırma sahəsində sadə vacib biliklər haqqında hər bir müəllimin yaddaş kitabçası hazırlanacaq. Bu kitab Azərbaycan Təhsil sistemində kodlaşdırılma bilikləri həm müəllim, həm də şagirdlər üçün çox yaxşı bir təlim vəsaiti olacaqdır. Layihə zamanı informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan STEP İT ACADEMY , Sumqayıt şəhər Təhsil şöbəsi, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, “Alqaritimka Azərbaycan MMC”, “Edumedia Azərbaycan”, Bu sahədə fəaliyyət göstərən QHT-lər və layihə boyunca layihənin PR xidmətlərini həyata keçirdəcək Təhsil TV, QHT TV, Beynəlxalq İnternet Formu ilədə yaxından əməkdaşlıq qurulacaq. Bu əməkdaşlığın sayəsində şagird və müəllimlər üçün mütamadi olaraq, onlayn təlimlərdə həyata keçiriləcək. Layihədən əsas gğzləntilərimiz: “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur. Proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılması bu sahədə ölkəmizin beynəlxalq miqyasda rəqabətədavamlılıq əmsalını artıracaq. Bu baxımından inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara rəqəmsal bacarıqların öyrədilməsi zərurəti ölkəmizin ümümtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir”İntellektual mübadilənin və ünsiyyətin təkmilləşdirilməsi təqdimatlar hazırlaya bilərlər. Zəif şagirdlər onların səviyyələrinə uyğun daha rahat məlumatlar əldə edə bilər və əldə etdikləri məluamtlara daha asan suallar hazırlaya biləcək. Şagirdlərin informatika olimöpiadalarında mövcud kodlaşdırma çətinliyi həll olunmuş olacaq. Müəllimlərin bu sahədə mövcud bilikləri olduqca təkmilləşəcək.
Layihə çərçivəsində roll-up banner və flayerlərlər çap edilib, facebook-da səhifə açılıb.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib

Şərh yaz