Kənd məktəblərində Robotexnalogiyanın inkişaf etdirilməsi

0
82

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş Xızı rayon Agdərə kənd orta məktəbinin müəllimi Novruzova Sevincin “ROBOLAB” şagirdlərin səmərəli təhsil fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində 14.09.2019-cu il tarixdə Xızı rayon Sitalçay kənd orta məktəbində şagirdlər üçün layihənin təqdimatı keçirilmişdir.
Layihənin əsas məqsədi istedadlı şagirdlərin aşkar olunması və dəstəklənməsi, onların məntiqi tənqidi təfəkkürünün inkişaf etdirilməsi, nəzəri biliklərinin, tətbiqetmə bacarıqlarının, texnologiya ilə işləmək qabiliyyətilərnin inkişaf etdirilməsidir.
Layihə boyunca təlimlər 3 ay müddətində 100 nəfər şagird Xızı rayon üzrə seçilmiş məktəblərdən təlimlərə cəlb olunacaqdır. Robot texnologiyasından istifadə edərkən və robot dizayn edərkən şagirdlər bir alim, mühəndis və ya bir dizayner kimi düşünür, zaman keçdikcə gündəlik həyatdakı problemləri araşdırmağa başlayır, bu problemlərə həll tapmaqda daha bacarıqlı olacaqlar. Tədbirdə “Mars Academy MMC”-nin, “Demokratik Gənclər”İctimai Birliyinin, layihədə iştirak edəcək təhsil müəssisələrinin nümayəndələri iştirak edirdi.
Layihə çərçivəsində şagirdlərə araşdırma, elmi-tədqiqat, məlumat toplama, təqdimat hazırlama və təqdim etmə barədə təlimlər keçiriləcəkdir.
Robototexnika sahəsində isə şagirdlər proqramlaşdırma, robotların tətbiq sahəsi barədə biliklərini artırırlar.
Layihə çərçivəsində roll-up banner və flayerlərlər çap edilib, facebook-da səhifə açılıb.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib

Şərh yaz