Təhsildə İnqilab- “Rəqəmsal məktəb modeli” layihəsinə start verildi

0
68

]Təhsil Nazirliyi “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, tədrisdə dünya standartlarına cavab verən əyani vasitələrdən istifadə prosesini genişləndirir. 02.09.2019-cu il tarixdə Cəbrayıl rayon 10 nömrəli tam orta məktəbdə “Təhsildə inkişaf və innovasiyalar üzrə üçüncü qrant müsabiqəsi”nin fərdi layihə kateqoriyasında məktəbin direktoru Elçin Kəlbaliyevin qalib olmuş ” Rəqəmsal məktəb” layihəsinin açılışı keçirilmişdir.
Cəbrayıl rayon 10 nömrəli tam orta məktəbdə təşkil olunmuş layihənin təlimində Cəbarayıl rayon Təhsil şöbəsinin əməkdaşları və rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin fizika, kimya və biologiya fənn müəllimləri iştirak etmişdir.
Məktəbin direktoru Elçin Kəlbaliyev çıxış edərək layihənin əsas Məqsədi:
1. Laboratoriya şəraiti müəllimin öz dərsini oyun şəklində qurmasına nail olmaq
2. “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında tələb olunduğu kimi, şagirdlərin idrak fəallığını, ümumi inkişafını “təfəkkür və düşüncə məktəbi”nə keçidlə təmin etmək
3. Rəqəmsal məktəb mühitinin formalaşdırılması
XXI əsr pedaqoji bacarıqlarının təhsilverənlərə ötürülməsi və inkişaf etdirilməsinə nail olmaq fikirlərini səsləndirdi. Daha sonra Bu layihənin nəticəsində: Dəqiqlik, analitik və kritik düşünmə, problem həll etmə, qərar vermə, komanda ilə işləmək və s. kimi bacarıqlar əldə edəcək, gələcəkdə hansı peşəni seçmələrindən asılı olmayaraq mükəmməl təhsil və karyera üçün artıq ilk uğurlu addımlarını atacaq və əldə olunan biliklərin real həyatda necə tətbiq olunacağını praktiki olaraq görəcək və öyrənəcəklər.
Layihə haqqında layihə rəhbəri Elçin Kəlbaliyev bu avadanlıq haqqında ətraflı məlumat verərək bildirdi ki, LabDisk xüsusilə ibtidai və orta məktəblərdə təbiət elmləri öyrənilməsi üçün nəzərdə tutulmuşdur. “Labdisc” məlumat qeydiyyat qurğusunun yaratdığı möcüzələr haqqında da ətraflı məlumatlar vermiş oldu. Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib

Şərh yaz