Robotexnika Mühəndisliyi Akademiyası yaradılır.

0
77

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş 28.08.2019-cu il tarixdə “Sabaha uzanan əllər-Robototexnika və Mühəndislik Akademiyasi” adlı layihənin qalibi olmuş Füzuli rayon 50 saylı tam orta məktəbdə layihənin ilkin təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Günel Kazımova açaraq bildirdi ki, Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində bu məktəbimizin qazandığı ikinci qrant layihədir. Əminik ki, bu layihənidə birlikdə uğurlu şəkildə icra edəcik.
• Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, şagirdlər üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması
• Rəqəmsal məktəb mühitinin formalaşdırılması
• Layihənin əsas məqsədi : şagirdlərimizin Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat və Yaradıcılıq dünyasına ilk addımlarını əyani şəkildə, toxunaraq öyrənməklə almalarına və bu yaş dövrü maraq duyğusunun təşviqi və ilkin bacarıqların ortaya çıxarılmasına yardım etmək;
• Pedaqoji kadrların hazırlanması sisteminin təhsilin informasiyalaşdırılması konsepsiyasının nəzərə alınması ilə yenidən qurulması.
Layihə boyunca təlimlər 4 ay müddətində (11-14 yaş şagirdlər arasaında keçiriləcəkdir) . Füzuli rayon üzrə seçilmiş məktəblərdən 200 şagird təlimlərə cəlb olunacaqdır. Layihə zamanı davamlılığı təmin etmək üçün, Füzuli rayon 50 saylı tam orta məktəbdə Robotexnika Mühəndisliyi Akademiyası yaradılacaqdır. Bu Akademya üçün bir otaq ayrılacaq, bütün avadanlıqlar yerləşdiriləcək və təlimlər, dərslər bu mərkəzdə olacaq. Bu mərkəz Füzuli rayon 50 nömrəli tam orta məktəbdə fəaliyyət göstərəcək.Təlimlər peşəkar Mars Academy tərəfindən həyata keçiriləcəkdir. Layihənin monitorinqini “Demokratik Gənclər” İctimai Birliyi tərəfindən həyata keçiriləcəkdir.
Layihə çərçivəsində şagirdlərə araşdırma, elmi-tədqiqat, məlumat toplama, təqdimat hazırlama və təqdim etmə barədə təlimlər keçiriləcəkdir. Robototexnika sahəsində isə şagirdlər proqramlaşdırma, robotların tətbiq sahəsi barədə biliklərini artırırlar.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib

Şərh yaz