Saatlıda təlim keçirilib

0
93


“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ailə münasibətlərinə dair ictimai dinləmənin və sağlam ailə dəyərləri haqqında maarifləndirici tədbirlər” layihəsi çərçivəsində 2019- cu il avqustun 1-də Saatlı rayonunda gənclər, müəllimlər, icma üzvləri üçün 1 günlük təlim təşkil olunub.

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Mətbuat xidməti bildirib ki, təlimdə ailə nədir və idarəolunması, möhkəm ailənin təməli, ailə vəzifələri və məsuliyyətləri, rəsmi nigah və mulkiyyət hüququ, ailədə gender rolu və problemləri, zorakılıq və sairə mövzular tam əhatə olunub və qeyd edilən mövzular haqqında iştirakçılara geniş məlumat verilib.

Şərh yaz