I Mühəndislik və robototexnika müsabiqəsi

0
221

Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində Bakı məktəbliləri arasında I Mühəndislik və robototexnika müsabiqəsi həyata keçiriləcəkdir. Gələcək gəldi. Elm sürətlə irəli uçur: demək olar ki, hər gün yeni kəşfləri gətirir, həmçinin robototexnika sahəsində. Üstəlik, məhz bu elm sahəsi getdikcə bütün dünyada daha populyar olur. Dronlardan başlayaraq yüksək texnologiyali protezlərlə bitirərək, xüsusilə mürəkkəb və təhlükəli işlər üçün robotlar, robot avtomobillər ilə bitirərək- dünyada daha çox robot peyda olur və çoxları daha mükəmməl, daha ağıllı maşınları yaratmağa çalışırlar.Robototexnika ilə təkcə alimlər deyil, həm də adi insanlar maraqlanır. Və, əlbəttə ki, uşaqlar. Müasir dövrdə Azərbaycanda və ümumilikdə dünyada təhsil sistemində ciddi problemlər mövcuddur və onların böyük bir hissəsi obyektiv xarakter daşıyır.

Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində qalib olmuş Bakı məktəbliləri arasında keçirilməsi nəzərdə tutulmuş “I Mühəndislik və robototexnika” müsabiqəsi layihəsinin rəhbəri Bakı şəhər 60 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Arifə Balakişiyevanın sözlərinə görə:

Müasir elm və texnologiyanın inkişafının birbaşa təhsildən asılı olduğunu nəzərə alsaq, təhsildəki problemlər bəşəriyyət qarşısında ciddi və qlobal xarakter daşıyan problemlərin əsas səbəbi kimi götürülə bilər. Hazırda ali təhsil almaq get-gedə insanların daha çox hissəsi üçün ümdə zərurətə çevrilir. Qloballaşma şəraitində təhsilin ən yeni və effektiv texnologiyalarına, o cümlədən distant təhsil texnologiyalarına tələbat get-gedə artır. Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında innovasiyalarla bağlı əsas hədəflər öz əksini tapıb. nnovativ inkişaf modelinin reallaşması üçün ölkəmizin iqtisadi siyasətində artıq bir neçə əsaslı addımlar atıldığını qeyd edən nazir, qanunvericilik bazasının təkmilləşdirildiyini, sənaye və texnoloji parkların yaradıldığını diqqətə çatdırıb. Bu gün artıq Təhsil Nazirliyi tərəfindən Bakı məktəblərinə robotlar verilmişdir. Müxtəlif özəl hazırlıq kurslarında Robotexnika və mühəndislik dərsləri keçirilir. Amma bütün şagirdlərin buna imkanı yoxdur. Bu layihə əsasında Bakı şəhər 60 nömrəli tam orta məktəbdə müasir tələblərə cavab verən Robotexnalogiya Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Layihə çərçivəsində aşağıdakı fəaliyyətlər həyata keçirləcəkdir:

1.Layihə zamanı ROBOTİKS ACADEMY – Layihənin davamlılığı, işin daha da sürətli olması və Bakı məktəblərinin mütamadi olaraq, istər yerli istərsədə beynəlxalq olimpiadalara hazırlaşmaları üçün, yaradılmış bu mərkəzdə müxtəlif istiqamətli ödənişssiz təlimlər həyata keçiriləcəkdir. Bu təlim mərkəzində ilk növbədə 10 təlimçi müəllim hazırlanacaq. Təlimləri MARS ACADEMY şirkətinin əməkdaşları həyata keçirəcəkdir.

2.Şagirdlər üçün Təlim- Təlimlər 4 ay müddətində (7-11 yaş şagirdlər arasaında keçiriləcəkdir) . 60 nəfər şagird Yasamal rayon üzrə seçilmiş məktəblərdən təlimlərə cəlb olunacaqdır. Robot texnologiyasından istifadə edərkən və robot dizayn edərkən şagirdlər bir alim, mühəndis və ya bir dizayner kimi düşünür, zaman keçdikcə gündəlik həyatdakı problemləri araşdırmağa başlayır, bu problemlərə həll tapmaqda daha bacarıqlı olurlar.
Yaş qrupu – 7-11 yaş və
Müddət – 4 ay:

3.Müsabiqə-Layihə bitdikdən sonra müsabiqə elan olunacaqdır. Müsabiqədə qalib gələn məktəblərin şagirdləri mükafatlandırılacaqdır. Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin kreativliyini inkişaf etdirmək və onlarada ixtiraçılıq qabiliyyətini inkişaf etdirməkdir. Finala Müsabiqədə 6 komanda iştirak hüququ əldə edəcək. Hər komanda 2 nəfərlik heyətdən təşkil ediləcək. Müsabiqədə 7-11 yaş arası olan məktəblilər müraciət edə bilərlər.
Şagirdlərə bu istiqamətdə bacarıqların verilməsi nəticəsində aşağıdakı istiqamətlərdə inkişaf gedəcək:
1. uşaqlar texnologiyalar sahəsində baş verən yeniliklərdən təkcə agah olmayacaq, həm də istifadə etmiş olacaqlar.
2. Şəxsilikdən ictimailiyə doğru
2. Asılılıqdan müstəqilliliyə doğru
3. İKT-dən istifadə vərdişlərinə doğru
4. Komandada işləmək bacarıqları yaranacaq
5. 21-ci əsr texnologiyası ilə ayaqlaşaraq daha özünəinamlı olmaqla yeni-yeni nailiyyətlərə imza ata bilərlər. Yarandığımız gündən qısa müddət keçsə də artıq bir çox məktəb və universitetlərdə tədris fəaliyyətimiz uğurla davam edir. Bugün bu yarışmada iştirak edən parlaq gənclərimiz isə bu işlərin bariz nümunəsidir. Yapon və Amerika tədris metodlarından bəhrələnən tədris proqramlarımız “HELP” adı altında geniş yaş qrupu üçün hazırlanmışdır. Belə ki, irəli sürdüyümüz proqram uşaqların hələ erkən yaşlardan praktiki biliklərə yiyələnməsinə, sinifdə öyrəndikləri nəzəri məlumatların real tətbiqini görməklə elmə və texnikaya maraq oyadılmasına xidmət edir. Həmçinin, tədris metodlarımız azyaşlılara komanda ruhunun və liderliyin aşılanmasında əvəzsiz rol oynayır. Bütün bunlar 21-ci əsr müəllim , məktəb və şagirdinin mövcudluguna təkan verəcək. Şagirdlərlə yanaşı eyni zamanda müəllimləridə Beynəlxalq yerli müsabiqələrə qoşularaq, özlərini daha da inkişaf etdirəcəkdir. Məktəbdə təhsilin keyfiyyətində əsaslı dönüş yaranacaqdır.
Layihənin monitorinqini və düzgün qiymətləndirilməsi üçün, bu sahədə böyük təcrübəyə malik olan, “Demokratik Gənclər” İctimai Birliyinə həvalə olunacaqdır.

Şərh yaz