“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ailə münasibətlərinə dair ictimai dinləmənin və sağlam ailə dəyərləri haqqında maarifləndirici tədbirlər” layihəsi çərçivəsində 2019- cu il iyunun 21-də İmişli rayonunda yerli vətəndaşların, polis əməkdaşlarının, QHT nümayəndələrinin iştirakı ilə ictimai müzakirə keçirib.
Tədbirdə Sağlam Ailə və Sağlam Cəmiyyət , ailə daxili vəzifələr və onların yerinə yetirilməsində nəzərə alınmalı amillər, erkən nigahla bağlı problemlər, boşanmaların artması halları və s. problemlər müzakirə olunub.
Tədbir sual-cavab və müzakirə formatında keçib.
“Sağlam Ailə Sağlam Cəmiyyət” mövzusunda İmişli rayonunda gənclər arasında növəti ayda təlimlərin olacağı barədə iştirakçılara məlumat verilib.
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Mətbuat xidməti