Xoşbət ailənin sirri

0
123

Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Ailə sözü aralarında qohumluq olan insanlar üçün deyilir. Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ata- ana və uşaqlar anlayışını verir. Şərq xalqlarında isə ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir.


Ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal formalarından biridir. Ailənin unikallığı və özəlliyi ondadır ki, bir neçə insan onillərlə ölçülən uzun zaman kəsiyində öz ömürlərinin böyük əksəriyyətini, təxminən 30-40 ilini bir-biriləri ilə sıx və qarşılıqlı münasibətdə keçirirlər. Sosioloqların məlumatına əsasən, ölkəmizdə 100 ildən çox birgə xoşbəxt ömür sürmüş insanlar olmuşlar. Məhz belə ailələrin formalaşmasında qarşılıqlı məhəbbət,sayğı, inam, sədaqət, güzəştə getməyi bacarmaq, səmimiyyət, tərbiyə əsas faktor olaraq xüsusilə vurğulanır.

Bir-birilərinə bağlı olan, bir- birləri üçün ürəkləri həyəcan və sevgi ilə çırpınan gənclər eşqin nə olduğunu yaxşı bilirlər. Bir-birilərinə qarşı bu dəyərli hissi yaşayanlar bir ömür boyu bərabər addımlamaq istəyi ilə artıq quracaqları ailənin təməl daşını qoyurlar. Gündüzləri bir yerdə salamlayıb, gecələri bir yerdə yola salaraq bir bölüşür, sevgilərinin bəhrəsi olan övladlar dünyaya gətirərək yuvalarına sevinc, məna qataraq onu daha da genişləndirir, ailə sahibi olurlar. Ailə budur – birlik, bərabərlik.

Təsadüfi deyil ki, müxtəlif dövrlərdə məhəbbət qədər çox əsər yazılan ikinci mövzu olmamışdır. Leyli-Məcnun, Əsli-Kərəm və onların müasir təcəssümü Fərizə məhəbbəti ən şirin nemət olan həyatdan yüksək qiymətləndirərək ondan imtina etmişdir.

Təbiidir ki, ailə ən azı iki insanın birliyi olduğundan burada fərqli baxışların mövcudluğu labüddür. Çünki həyatın və birgə yaşayışın bütün sferalarının məcmusunda tam eyni yanaşma və baxışlar praktiki olaraq mümkün deyil. Bu fərqli yanaşmalar, müxtəlif baxışlar sonda konfliktlərə gətirib çıxarır. Məhs belə mübahisəli və fikir ayrılıqları olan zaman ailə başçıları bir-birinə güzəştə getməyi, anlaşmanı üstün tutmalı və lazım olarsa bağışlamalıdırlar. Belə mübahisəli anlarda anlaşmalar, güzəştə getmələr mövcud ailəni daha da möhkəmləndirir və uzun ömürlü edir.

Expert Anar Əhmədov

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən “Gənclər arasında sağlam ailənin təməli haqqında maarifləndirici tədbirlər” layihəsi çərçivəsində hazırlanıb

Şərh yaz