“Tərəqqi” yerli sakinlər, polis əməkdaşları və QHT təmsilçilərinin iştirakı ilə müzakirə keçirib

0
67

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ailə münasibətlərinə dair ictimai dinləmənin və sağlam ailə dəyərləri haqqında maarifləndirici tədbirlər” layihəsi çərçivəsində 2019-cu il mayın 27-ində Saatlı rayonunda yerli sakinlər, polis əməkdaşları və QHT nümayəndələrinin iştirakı ilə ictimai müzakirə keçirib.


Tədbirdə Sağlam Ailə və Sağlam Cəmiyyət , ailə daxili vəzifələr və onların yerinə yetirilməsində nəzərə alınmalı amillər, erkən nigahla bağlı problemlər, boşanmaların artması halları və s. problemlərə dair mövzular müzakirə olunub.
Müzakirə sual-cavab formatında keçib. Növəti ayda “Sağlam Ailə Sağlam Cəmiyyət” mövzusunda Saatlı rayonunda gənclər arasında təlimlərin olacağı barədə iştirakçılara məlumat verilib.
Hormətlə,
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi
Mətbuat xidməti

Şərh yaz