Sağlamlıq məhdudiyyətli yeniyetmə və gənclərin səyahət layihəsi icra edilir

0
170

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Mədəniyyət məhdudiyyət tanımır” adlı Azərbaycan Mədəniyyət Nazirliyi layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində Oğuz, Qax, Şəki, Zaqatala və Balakən,Gəncə,Göygöl rayonlarına “Sağlamlıq məhdudiyyətli yeniyetmə və gənclərin könüllülük mədəniyyətinin formalaşdırılması” sahəsində mədəniyyət və tarixi abidələrə səyahət həyata keçiriləcək.
Layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrə səfər çərçivəsində Azərbaycanın qədim tarixi abidələri ilə zəngin olan Oğuz (Muxəs qalası, Sincan kəndindəki məscid), Qax ( “Cinli” qala, XII-XIII əsrlərə aid Məbəd kompleksi, Pəri qalası), Şəki (Şəki Xan Sarayı), Zaqatala (Pəri qalası, Zaqatala qalası, Çingiz qalası) , Balakən (Minarəli məscid, Talalar Nur kilsə)si və (Gəncə və Göygöl-əlavə olaraq) rayonlarının tarixi yerləri ilə tanış etmək, onlara bu tarixi abidələr barəsində ətarflı məlumat verməkdən ibarət olacaq.
Azərbaycanın zəngin mədəni irsinin təbliği ilə bağlı Respublikamızda davamlı işlər aparılır ki buda gələcəkdə ölkəmizdə turizmin inkişafına bir daha təkan verəcəkdir. Bu baxımdan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin Azərbaycan mədəni irsi ilə tanış edilmələri eyni zamanda ölkəmizə gələn turistlər tərəfindən də maraqla qarşılanacaq
Həyata keçiriləcək layihə çərçivəsində 50 nəfər sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bölgələrə səfərləri təşkil olunacaq. Bu səfər zamanı onlara unudulmaz anlar yaşadacaq, beləki onlara bölgələrdə yerləşən tarixi, mədəni abidələr barəsində ətraflı məlumat veriləcək ki, bu da onların ciddi marağına və dünyagörüşlərinin artırılmasına xidmət edəcəkdir.

Layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlarda ünsiyyət, özünəxidmət və öz tarixinə, mədəniyyətinə hörmət hissi formalaşdıracaq və onların cəmiyyətə inteqrasiyasını təmin edəcəkdir. Eyni zamanda himayədarlarla mütəmadi görüşlərin və gəzintilərin təşkil olunması, uşaqların inkişaf prosesinə müsbət təsir göstərəcəkdir.

Regionlarda uşaqlar unikal mədəni irs nümunələri ilə yaxından tanış olacaqlar. Bölgələrdə qonaqlar üçün mədəniyyət evlərində konsert veriləcək.
Layihə çərçivəsində bütün görüşlərimiz və tədbirlərimiz KİV-lərdə işıqlandırılacaqdır.
Sağlamlıq imkanları məhdud uşaqlar onların valideyinləri və yaxın qohumları regionlardan olan rəsmi qonaqlar, idarə müəsisə rəhbərləri, istirahət yerləri və s.hədəf qrupumuza aiddir.

Layihə çərçivəsində Oğuz, Qax, Şəki, Zaqatala və Balakən,Gəncə,Göygöl rayonlarına “Sağlamlıq məhdudiyyətli yeniyetmə və gənclərin könüllülük mədəniyyətinin formalaşdırılması sahəsində mədəniyyət və tarixi abidələrə səyahət həyata keçiriləcəkdir.

Sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərə, öz tarixinə, mədəniyyətinə hörmət hissi formalaşdıracaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək, onlarla görüşlər və gəzintilər təşkil etməklə, inkişaf proseslərinə müsbət təsir göstərməkdir.
Səfər çərçivəsində layihə iştirakçılarına sözügedən rayonlarda olan mədəni-tarixi abidələrlə yanaşı rayonların milli adət-ənənəsi ilə bağlı təbliğat işi də aparılacaq.

Layihə 2019-cu il aprelin 1-dən – 2019-ci il avqustun 1-dək, 4 ay davam edəcək.

Şərh yaz