“Tərəqqi” yeni layihəsinin icrasına başlayıb

0
149

“Tərəqqi” Sosial Tədqiqaqlar İctimai Birliyi “Maddi və qeyri-maddi irsimizin qorunması və təbliğ olunması məqsədi ilə milli rəqslərimizin,muğam,aşıq sənətinin qorunması və təbliği” adlı Azərbaycan Mədəniyyət Nazirliyi layihəsinin icrasına başlayıb.

Layihə çərçivəsində Qazax, Şəmkir, Tovuz, Ağstafa, Göygöl və Gədəbəy rayonlarında “Maddi və qeyri-maddi irsimizin qorunması və təbliğ olunması məqsədi ilə milli rəqslərimizin, muğam, aşıq sənətinin qorunması və təbliği”layihəsi həyata keçiriləcək.


Muğam və aşıq sənəti artıq milli mədəni maraqlarımızı, dövlətimizin mədəniyyətimizə dəyər verməsini ifadə etməklə yanaşı, həm də bəşəri məqsədlərə xidmət edir.

Malik olduğumuz maddi və qeyri-maddi mədəniyyət nümunələrimizin qorunması və təbliği məqsədi ilə bir neçə bölgədə tədbir keçiriləcək. Tədbirlərdə qeyri-maddi mədəni irs nümunələrimiz nümayiş olunacaq. Qazax, Şəmkir, Tovuz, Ağstafa, Göygöl və Gədəbəy rayonlarında əvvəlcədən verilmiş elan nəticəsində qeyri-maddi mədəni irs nümunələrini bilən, bu barədə bacarığı olan gənclər toplanacaq. Bu yeniyetmə və gənclər arasında müsabiqə keçiriləcək. Hər rayon üzrə ən bacarıqlı şəxslər seçiləcək. Həmin şəxslər yekun olaraq, seçilən rayonların birinə gətiriləcək. Burada hər rayonunun finalçıları ilə birlikdə festival keçiriləcək. Yekun finalçılar müəyyən ediləcək və mükafatlandırılacaq.

Tədbirin xüsusi ilə yeniyetmə və gənclər arasında keçirilməsi nəzərdə tutulub. Eyni zamanda keçirildiyi coğrafi ərazi üzrə bütün sakinlərin, KİV, televiziya və sosial şəbəkələr vasitəsi ilə yayımlanan məlumatlar vasitəsi ilə bütün ölkə əhaləsinin faydalanması nəzərdə tutulub.

Bundan başqa yeniyetmələrin internet resurslarından aktiv istifadəsi maddi və qeyri-maddi mədəni irs nümunələrimizin təbliğində müsbət təsiri olar. Hər rayon üzrə 25 nəfərin layihədən faydalanması nəzərdə tutulub. Bunlar, əsasən, Qazax, Şəmkir, Tovuz, Ağstafa, Göygöl və Gədəbəy rayonlarında yaşayan yeniyetmə və gəncləri əhatə edəcək.

Tədbir 5 ay müddətində Qazax, Şəmkir, Tovuz, Ağstafa, Göygöl və Gədəbəy rayonlarında icra ediləcək.
Tədbirin məqsədi Azərbaycanın sahib olduğu maddi və qeyri-maddi mədəni irs nümunələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə təbliğ olunmasıdır.

Qeyd edilən tədbirlərin həyata keçirilməsi nəticəsində maddi və qeyri-maddi mədəni irs nümunələrimizin qorunmasına qarşı əhalinin, xüsusi ilə yeniyetmə və gənclərin duyarlılığı artacaq.

Layihənin icrası zamanı keçirilən tədbirlərdə iştirak edən 150 nəfər birbaşa onun maarifləndirici və təbliğati təsirindən faydalanacaq. Bu da 150 nəfərin malik olduğumuz mədəni irs nümunələri haqqında məlumat almasına və onun qorunmasındakı rolunun artmasına imkan verəcək.

Şərh yaz