Nazirlik əlilliyi olan daha 90 şəxsi istirahət mərkəzinə yola salıb

0
219

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlik əlilliyi olan şəxslərin istirahətinin təşkili sahəsində görülən işlərin davamı kimi daha 90 nəfər Lənkəran rayonundakı istirahət mərkəzinə göndərib.

“sosial.gov.az”-ın yaydığı məlumata görə, əlilliyi olan şəxslər sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya, həmçinin onlara istirahət etmək imkanının yaradılmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Əlilliyi olan şəxslərin istirahətinin təşkili nazirliyin “2019-cu il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur.

Bu il 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkənin istirahət mərkəzlərində 10 gün müddətində istirahətinin təşkili nəzərdə tutulub. Bu ayın ortalarından başlayaraq onlardan 180 nəfər Lənkəran rayonundakı istirahət mərkəzinə yola salınıb.

Şərh yaz