Onların pensiyası artımla veriləcək

0
203


“Müharibə veteranlarının Prezident təqaüdü bu ayın sonundan etibarən veriləcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Redaktor.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, Prezident təqaüdü müharibə veteranlarının əvvəlki pensiya kartına yüklənəcək: “Sərəncamda nəzərdə tutulan artımlar elektron qaydada müharibə veteranlarının indiyə qədər istifadə etdikləri bank kartlarına köçürüləcək. Yəni, artımla əlaqədar olaraq, yenidən qeydiyyata keçməyə ehtiyac yoxdur. Aprelin 1-dən hesablanan artım ayın sonunda artıq hesablara köçürüləcək”.

Qeyd edək ki, prezident İlham Əliyev bu il fevralın 25-də müharibə veteranları ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, müharibə veteranlarına 55 manat əvəzinə, 80 manat məbləğində aylıq Prezident təqaüdü təyin olunub.

Şərh yaz