Dərman qanunvericiliyini pozanlar cərimələnəcək

0
222


Dərman vasitələri haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək icazə veriləcək.

ONA-nın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər bu müddət 3 ay olub. Üç ay müddəti dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətanın araşdırılması üçün yetərli olmadığından layihədə həmin inzibati xətalar üzrə müddətin 1 ilədək uzadılması təklif olunur.

Qanun layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər 1500 manatdan 2 min manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan 7 min manatadək məbləğdə cərimə edilir.

Şərh yaz