“Hökumətlə görüş” mövzusunda tədbir keçirilib

0
126

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi, tərəfdaşı “Region” Beynəlxalq Analitik Mərkəz və Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platforması Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin  dəstəyi ilə “Vətəndaş Cəmiyyətinin bacarıqlarının inkişafı  layihəsi” çərçivəsində 15 noyabr 2018- ci il  “Hökumətlə görüş” mövzusunda tədbir həyata keçirmişdir.

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Mətbuat xidməti yaydığı xəbərdə bildirib ki, tədbir noyabr ayının 15-də saat 15.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilmişdir.

Tədbirin mövzusu “Hökumətlə görüş” silsiləsi çərçivəsində “Azərbaycanda QHT-lərin ofis problemi” və QHT-lərin fəaliyyətinə könüllülərin cəlb olunması olmuşdur.

Tədbir ekpertlərin çıxışları, sual-cavab və təkliflər formatında olamuşdır.

Tədbirin keçirilməsində məqsəd vətəndaş cəmiyyəti təmsilçilərinin və hökumətin təmaslarının gücləndirilməsinə töhvə vermək, QHT-lərin fəaliyyətinin gücləndirilməsi məsələsində ciddi irəliləyişlərə nail olmaq olmuşdur.

Şərh yaz