İsmayıllı rayon məktəbliləri üçün uğurlu layihə davam edir

0
188

Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olan(Təhsil və maarifçilik xarakterli tədbirlərin keçirilməsi istiqaməti üzrə ) İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbin müəllimi Surə Mehdiyevanın “Biz tarixə sığınmadıq dünən vardıq bu gün varıq” adlı layihəsi öz fəaliyyətini uğurla davam etdirir.
Bu gundə yani 22 sentyabr layihənin təlimləri İsmayıllı şəhər 1 №li tam orta məktəbində baş tutdu. İlk öncə layihə rəhbəri layihənin məqsədi və layihə çərçivəsində görüləcək işlər haqqında məlimat verdi .Layihənin eksperti Ramil Süleymanov şagirdlərə layihə çərçivəsində görülən işlər haqqında məlumat verdi .Nəzərinizə çatıraq ki Layihə İsmayıllı rayon məktəblərini (9-10 -11 ci sinif şagirdləri 200 nəfər nəzərdə tutulub)əhatə edəcək və 3 ay davam edəcək ,şagirdlərin internet texnologiyalarına düzgün istifadə etməsinə ,internet resurslarında Qarabağ həqiqətlərini düzgün yerləşdirməsinə və bu informasiyanın beynəlxalq içtimayyətə düzgün çatırılmasını zəmin yaradacaq. Beləki layihə çərçivəsində şagirdlər tarixi məlumatların düzgün formada vikipediyada yerləşdirilməsinə onun zənginləşməsinə nail olacaqlar.Eyni zamanda qeyd edilən layihədə şagirdlərin vikipediyadad işləmək bilik və bacarığını artıracaq, o cümlədən müxtəlif dillərdə Qarabağ haqqında həqiqətləri həmin ensiklopediyada yerləşdirməsinə zəmin yaradacaq .

Şərh yaz