“İnternetdə Uşaqların təhlükəsizliyi” mövzusunda Bakı məktəbləri arasında birinci videoçarx müsabiqəsi layihəsi başladı

0
465

30 avqust 2018-ci il tarixdə Bakı şəhər 280 nömrəli tam orta məktəbdə “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi”nin fərdi kateqoriyasında qalib olmuş ” İnternetdə Uşaqların təhlükəsizliyi” mövzusunda Bakı məktəbləri arasında birinci videoçarx müsabiqəsi layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Bakı şəhər 280 nömrəli tam orta məktəbdə təşkil olunmuş layihənin təqdimat mərasimində müəllimlər,valideyinlər, layihənin eksperti, İKT-nin təhsildə tətbiqi üzrə Beynəlxalq ekspert Ramil Süleymanov və Azərbaycanda Filtirasiyalı İnternet xidmətini şagirdlər,vaideyilər və təhsil işçiləri üçün ttəqdim edən “Enginet” şirkətinin Marketinq və Satış Departamentinin rəhbəri Elmira xanım Abbasova da iştirak edirdi. İştirakçılara layihə şərtlərini özündə əks etdirən təlimat materialları paylanılıb. Layihənin rəhbəri Sevinc Niftiyeva 3 ay müddətinə Bakının seçilmiş məktəbində təhsil alan müəllim, valideyin və şagirdlər, arasında reallaşdırılacaq layihənin əhəmiyyəti, mərhələləri və keçirilmə şərtləri haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Daha sonra Layihənin ekspert Ramil Süleymanov bu layihə çərçivəsində layihə iştirakçılarının qazanacağı biliklər və onların gələcək həyatında rolu haqqında ətraflı məlumat vermişdir. “Enginet” şirkətinin Marketinq və Satış Departamentinin rəhbəri Elmira xanım Abbasova bu layihənin təhsilimiz və onun gələcəyi üçün əhəmiyyətindən danışdı. Layihənin rəhbərinə bu layihədə “Enginet” şirkəti ilə əməkdaşlığı üçün də təşəkkür etdi. Bir gə əməkdaşlığın davam edeəcəyini bildirdi. Elmira xanım, “Enginet” şirkətinin “Birlink” internet brendindən istifadə edən məktəblilər üçün bu layihə çərçivəsində Filtirasiya xidmətinin pulsuz veriləcəyini bildirdi.
ayihənin məqsəd və vəzifələri:
Məktəbdə uşaqların İnternetdən faydalı istifadə qaydalarını aşılamaq və onları mövcud təhlükələrdən qorumaq
Şagird,müəllim və valideyinlərə Dünyada tətbiq olunan,Microsoft” şirkətinin “Shild Safety Online” qlobal proqramı əsasında hazırlanmış 3 ayrı ayrı 8 saatlıq təlim paketi əsasında təlimləndirmək
Yaradıcı şagirdləri aşkar etmək
onların biliklərinin təkmilləşməsi üçün ustad dərsləri təşkil etmə
bütün fəaliyyətləri sosiallaşdırmaq;
bu şagirdlərin tədrisdə əldə etdikləri bilikləri gələcək yaradıcı şagirdlərə ötürməsini və həmyaşıtdan həmyaşıda davamlılığını təmin etmək.

Sevinc Niftiyeva rəhbərliyi ilə ümumi təhsil müəssisələri kateqoriyasında qalib olmuş layihənin icra müddəti 3 aydır. Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 800 layihədən 41, fərdi kateqoriya üzrə 125 layihə dəstəklənmişdir. Ümumilikdə 166 layihə qalib elan edilib.

Şərh yaz