“Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi davam edir

0
248

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində 6-7-8 Iyul 2018-ci ildə Saatlı rayonunda yerli QHT nümayəndələrin iştiraki ilə “Maliyyə İdarəetmə” mövzusunda 3 günlük təlim keçirmişdir. Təlimin məqsədi Ictimai Birliklərə Əmək haqqlarının hesablanması qaydalarına olunmuş dəyişikliklər, Vergi, DSMF və İcbari Sığortaların tutulma qaydaları haqqında məlumat vermək, əmək müqavilələri, xidmət müqavilələrinin tərtibi, Asan İmza və Elektron qaimələrin hazırlanması qaydalarını əyani nümayiş etdirmək olmuşdur.
Təlimdə Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Salyan, Lənkəran, Masallı, Hacıqabul rayonlarında fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak etdi. 3 gün ərzində təşkil olunan təlimdə iştirakçılar Əmək haqqlarının hesablanması qaydalarına olunmuş dəyişikliklər, Vergi, DSMF və İcbari Sığortaların tutulma qaydaları, əmək müqavilələri, xidmət müqavilələrinin tərtibi, Asan İmza və Elektron qaimələrin hazırlanması qaydaları ilə yaxından tanış oldular.
Yerli QHT-lərlə təlimlərin növbəti mərhələsi “İnsan Resurslarının İdarə Olunması” mövzusu ilə bağlı olacaqdır. Təlim proqramından əlavə layihə çərçivəsində nəzərdə tutlan digər fəalliyətlər də həyata keçirəcək: hökumətlə dialoq tədbiri, QHT evi, QHT-lərə dövlətin daha çox vəsait ayrıması barədə kampaniya, fondlar barədə kampaniya və sair fəaliyyətlər həyata keçiriləcəkdir.

Şərh yaz