Vətəndaş cəmiyyəti üzvlərinin “İKT” bacarıqlarının artırılması ilə bağlı təlim keçirilib

0
89

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində 16-17-18 Fevral 2017- ci ildə İmisli rayonunda yerli QHT lərin nümayəndələrin iştiraki ilə “İnformasiya Komunikasiya Texnologiyaları” mövzusunda 3 günlük təlimə başlamışdır. Təlimin məqsədi vətəndaş cəmiyyəti üzvlərinin “İKT” bacarıqqlarının artırılmasıdır.
Təlimdə İnformasiya Komunikasiya Texnologiyalarıdan istifadə və onun əhəmiyyəti, Microsoft Excel-in səmərəli istifadəsi, Microsoft PowerPoint-in tətbiqi, məsələlərin qrup işi ilə analizi (çətinliklər və həlli yolları) və Veb səhifə və bloqun yaradılması taktika və alətlər movzuları əhatə olunmuşdur.
Təlimdə Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Salyan, Lənkəran, Astara, Masallı, Hacıqabul rayonlarında fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak etdi.
Növbəti təlimlər yerli QHT-lərlə birgə davam etdiriləcək. Planlaşdırılan təlimlərdən əlavə layihə çərçivəsində digər fəalliyətlər də həyata keçirəcəkdir: hökumətlə dialoq tədbiri, QHT evi, QHT-lərə dövlətin daha çox vəsait ayrıması barədə kampaniya, fondlar barədə kampaniya və sair fəaliyyətlər həyata keçiriləcəkdir.

Şərh yaz