Vətənəndaş cəmiyyəti beynəlxalq vəkilliyin formaları ilə yaxından tanış olub

0
112

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində 28-29-30 Yanvar 2017- ci ildə İmisli rayonunda yerli QHT-lərin nümayəndələrinin iştiraki ilə 3 günlük təlim keçirmişdir.
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Mətbuat xidmətinin məlumatına görə, təlimin məqsədi Ictimai Birliklərin Vəkillik bacarıqlarının artırılması olmuşdur.
Təlimdə Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Salyan, Lənkəran, Astara, Masallı, Hacıqabul rayonlarında fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak etdi. 3 gün ərzində təşkil olunan təlimdə Vəkillik strategiyasının hazırlanması, Vəkillik üçün analitik və planlaşdırma alətləri, Beynəlxalq Vəkilliyin formaları ilə yaxından tanış oldular.

Yerli QHT-lərlə təlimlərin növbəti mərhələləri davam etdiriləcək. Təlim proqramından əlavə layihə çərçivəsində nəzərdə tutlan digər fəalliyətlər də həyata keçirəcək: hökumətlə dialoq tədbiri, QHT evi, QHT-lərə dövlətin daha çox vəsait ayrıması barədə kampaniya, fondlar barədə kampaniya və sair fəaliyyətlər həyata keçiriləcəkdir.

Şərh yaz