İmişli rayonunun Məmmədli kəndində 84 qaçqın ailə ağır vəziyyətdə yaşayır

0
370

“xebertv.az”ın məlumatına görə, 1993-cü ildən İmişli rayonunun Məmmədli kəndində müvəqqəti məskunlaşmış Ağdərə rayonu Narınclar kəndindən olan məcburi köçkünlərin vəziyyəti həqiqətən də çox acınacaqlıdır. Məcburi köçkünlərin yaşayış şəraiti ( əgər buna şarait demək olarsa…) sözün əsil mənasında ürək ağrıdır. Burada 84 ailə adi yaşayış normalarından məhrum halda dəmir yolu üzərindəki yük vaqonlarında və yaşayış üçün yararsız olan kərpicdən tikilmiş evlərdə olduqca ağır şəraitdə yaşamaqdadır. Onların əsas problemi isə, ev və su təchizatı problemidir. Kənd əhalisinin sözlərinə görə, 1 ton suya 20 manat dəyərində pul ödənilir ki, bu da istifadə üçün yetmədiyindən, əhali çarəsizlikdən şəkər zavodundan gələn sudan istifadə edir. Natəmiz sulardan istifadə isə, mikrov və bir çox xəstəliklərin yaranmasına səbəb olur. Məmmədlidə qəsəbə şəraiti yoxdur. Burada nə orta məktəbə, nə uşaq bağçasına, nə tibb məntəqəsinə, nə də bir mağazaya rast gəlinmir. Heş bir səhiyyə təşkilatının bu qəsəbədən xəbəri yoxdur. Demək olar ki, hər bir evdə, hər bir otaqda bir ilan yatır. Qəsəbədə tibbi məntəqə olmadığından onlarla sakin ilan vurması və əqrəb sancması nəticəsində həyatlarını acınacaqlı sonluqla bitirir. Bu faktın mövcudluğu sözün həqiqi mənasında ürək ağrıdan haldır… Burada bir çox növdə və çoxlu sayda həşəratların olması brüsselyoz, malyariya, allergiya və digər bu kimi yoluxucu və parazitar xəstəliklərin yaranmasına yol açır. Təcili tibbi yardım briqadası rayondan kəndə 50 azn müqabilində gəlir. Xroniki xəstəliyi olan və dərmanlardan asılı vəziyyətdə yaşayan xəstələrin maddi imkansızlıq ucbatından lazımi dərman vasitələrini əldə edə bilməməsi xəstəliyin gedişatını daha da ağırlaşdırır və xəstənin həyatı risk altında olur. Maddi vəsait çatışmazlığından xəstə təcili yardım çağıra bilmir.

Şərh yaz