QHT rəhbəri: “Rüstəm İbrahimbəyova da qaçqın həyatı yaşamağı arzulayıram”

0
144

Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi onun mahiyyətini, öz Vətəninə, onun problemlərinə münasibətinin cəmidir.

Filmin ssenari müəllifi R.İbarahimbəyovdur.

Düzdür, mən mənsub olduğum milləti heç kimlə müqayisə etmək istəməzdim.  Ancaq Rüstəm İbrahimbəyovun filmi və onun həya etmədən əməllərini müdafiə etməsi adamı belə bir müqayisə aparmağa vadar edir.

Şarl Aznavuru hamı tanıyır. 94 yaşlı Fransa vətəndaşı olan bu erməni öz millətinə xidmət edir. O ermənilik ideyasının daşıyıcısıdr. Bütün tədbirlərdə saxta soyqırımdan danışır. Dağlıq Qarabağ getmək arzusunu gizlətmir. Bir sözlə erməniliyin, bu etnik qrupun yalan-saxta ideyalarının təbliğatçısıdır.

İndiyədək R.İbrahimbəyov heç bir möhtəbər toplantılarda Azərbaycanın problemlərindən danışmayıb.Azərbaycan torpaqlarının işğalı, bir milyondan çox azərbaycanlının Qarabağdan qaçqın vəziyyətinə düşməsini beynəlxalq ictimaiyyətin diqqətinə çatırmaq üçün bir mətbuat konfrası belə keçirməyib.

Rüstəm İbrahimbəyov ancaq Azərbaycanın hesabına varlanmaq istəyib. O buna nail də olub. Ancaq bu var-dövlətdən Azərbaycanın elminə, mədəniyyətinə bir qara quruş belə xərcləməyib. Rüstəm İbrahimbəyov və onun kimilər daha çox öz millətinin mənafeyini satıb, pul qazanmaqla məşğul olur. Əks halda belə bir satıqnlığın şahidi olmazdıq.

Bəziləri filmin 3 ildən sonra niyə gündəliyə çıxarıldığını deyir. Sizcə, bu həmin filmin mahiyyətinin dəyişirmi?! İsətər bu il olsun, istərsə də 3 il əvvəl. Film elə həmin filmdir. Nə onun mahiyyəti, nə şərait dəyişməyib. Azərbaycan torpaqları işğal altında, bir milyondan çox azərbaycanlı qaçqın halında yaşayır. Filmin anti-Azərbaycan ovqatı da dəyişməyib.

Odur ki, Rüstəm İbrahimbəyova da qaçqın həyatı yaşamağı arzulayıram. Bunu yaşamayan adam onun nə demək oldğunu bilməz. Qarabğada ermənilər qaçqın yaşayan azərbaycanlıların evlərinin daşını-daş üstə qoymayıblar. Ona  görə də Rüstəm İbrahimbəyova və onun kimilər qaçqın həyatı arzulayıram. Qoy, nə ona, nə də onabənzərlərə Azərbaycanın, azərbaycanlının mənafeyinin satmaqla topladıqları  var–dövləti ürək açıqlığı ilə yemək qismət olmasın.

Mətləbi uzatmadan demək istəyirəm ki, İbrahimbəyov kimilərin varı da olacaq, pulu da, kamfort həyatı da. Ancaq öz millətinin üzünə çıxmağa heç vaxt üzü və açıq alını olmayacaq. Heç öləndə ona rəhmət belə deməyəcəklər.

İradə Polad

Şərh yaz