Təlimlər hədəf rayounlarda davam edir

0
257

 

 

 

 

“Tərəqqi” Sosial Tədiqiqatlar İctimai Birliyi və “Reqional İnkişafa Yardım” İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində birgə həyata keçirdiyi “İnformasiya Kominikasiya Texnologiya bacarıqların artırılması” təlimlərini hədəf rayounlarda davam etdirir.

Təlim 2018-ci il mart ayının 16-17 Sabirabad rayonunda təşkil olunub. Təlimdə ümumilikdə 21 nəfər olmaqla icmanın fəal gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Tərəqqi” STİB-in nümayəndəsi Rayil Alişov və ekspertlər təlim iştirakçılarına layihə haqqında və bu layihə çərçivəsində keçirilən təlimin məqsədi, əhəmiyyəti barədə məlumat veriblər.

Təşkilat təmçilçisi onu da qeyd edib ki, bu layihəni həyata keçirməkdə məqsəd rayon ərazisində könüllü gənclər qrupları, fəal gənclər və digər ictimai fəal nümayəndələrin İKT bacarıqlarını inkişaf etdirməklə onların icma əhəmiyyətli layihələr və xidmətləri daha səmərəli həyata keçirmələrinə dəstək verməkdir.Təlim zamanı gənclər informasiya kommunikasiya texnologiyaları, bloq fəaliyyəti, saytların idarə olunması, İKT sahəsində əldə olunan yeniliklər və müasir texnologiyalar, İKT-nin yeni imkanlarından istifadə qaydaları, yeniliklər haqqında bilgilər verilib. Həmçinin, layihə çərçivəsində iştirakçılar facebook səhfəsi və bloqlar yaradıb gördükləri, yaxud həyata keçirəcəkləri işlər barəsində məlumatlandırma aparacaqlar. Bundan sonra gənclər əldə etdikləri İKT bacarıqları vasitəsilə yerli əhəmiyyətli məsələlərə dairvəkillik kampaniyaları təşkil edəcəklər.

 

Şərh yaz