Regionlarda gənclərin bilik və bacarıqlarının artırılması layihəsi davam etdirilir

0
213

 “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və Mərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyinin birgə əməkdaşlığı ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə “Vətəndaş cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində 2018-ci ilin yanvar ayının 5-ində və 6 -ında Beyləqan rayonunda gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində iki günlük təlim keçmişdir. Regionlarda gənclərin ictimai fəaliyyətini artırmaq və yerli problemlərin həllinə öz töhfələrini verməkdən ibarət olan layihə çərçivəsində fəal gənclərə QHT-nın mahiyyəti, əhəmiyyəti, yerlərdə QHT yaratmaqla bağlı bilik və bacarıqlarının artırılması istiqamətində təlimlər verildi. Təlimdə fəal gənc anlayışı, İctimai Birlik və onun fəaliyyət istiqamətləri, liderlik nədir, xarizma önəmlidir, yoxsa liderlik, liderlikdə fundamental həqiqət, fəal gənc anlayışı, İctimai Birliklərin yaradılması və idarə olunması, layihə nədir, layihənin yazılışı, təşkilatın quruculuq və dizay olunması haqqında (qrup içi) mövzular əhatə olunmuşdur. Təlimdə Beyləqan rayonunda yaşayan aktiv gənclər iştirak etməklə təlim yekunlaşdırılmışdır.

Şərh yaz