Azərbaycanın müstəqilliyi tarixində rekord- İlham Əliyev 4-cü dəfə prezident seçildi

0
207

Aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyev qələbə qazanaraq, ölkəmizi daha 7 il idarə etmək üçün xalqın mandatını qazandı.
Aprelin 18-də o, and içdi.
Öncədən Prezident İlah Əliyev Cənablarını bu vəzifəyə yenidən seşilməsi münasibəti ilə təbrik edirik.
Əvvəllərdə onuun bu vəzifəyə layiq olduğunu yazmış və çıxışlarımızda demişik. Buna onun ömür-yolu, doğulub boya- başa çatdığı ailənin tərbiyəsi, aldığı təhsil imkan verir.
İlham Əliyev Cənablarının ömür yoluna qısa nəzər salaq. İlham

Heydər oğlu Əliyev Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi, 2003-cü ildən Azərbaycan Respublikasının Prezidentidir.
İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmişdir.
2018-ci il apreilin 11-də keçirilən seçkilərdə 86,02 % səs toplayaraq, 4-cü dəfə president seçilib.
Həmçinin, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, 2003-cü il avqust-noyabr aylarında Azərbaycan Respublikasının Baş naziri, 2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.
1999-cu ildə İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə YAP-ın ikinci konqresində isə YAP sədrinin birinci müavini seçildi. 26 Mart 2005-ci ildə keçirilən YAP-ın üçüncü konqresində Prezident İlham Əliyev yekdilliklə YAP-ın sədri seçildi. 2008 və 2013-cü illərdə keçirilən YAP-ın dördüncü və beşinci konqresində İlham Əliyevin prezidentliyə namizədliyi yekdilliklə dəstəkləndi. Onun sədrliyi dövründə partiya üzvlərinin sayı 700 min nəfəri keçdi.

Mədəniyyətlərarası dialoq Prezident Əliyevin mədəniyyət siyasətində prioritet sahələrdən biri olmuşdur. İlham Əliyev 2008-ci ildə “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün “Bakı Prosesi”nin başladılması təşəbbüsü ilə çıxış etdi. Prezident Əliyev 23 sentyabr 2010-cu ildə Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyasının açılışında çıxış edərkən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil etmək niyyətini açıqladı. Onun bu təşəbbüsü YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Təşkilatı, İSESKO və s. kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi. 2011-ci ildən başlayaraq 2017-ci ilə qədər Bakıda dörd dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. 15 iyun 2014-cü ildə Prezident Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzaladı.11 yanvar 2016-cı ildə qəbul etdiyi sərəncamla 2016-cı ili Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan etdi. İlham Əliyev tolerantlıq və multikulturalizmi Azərbaycanda dövlət siyasəti və həyat tərzi kimi xarakterizə etmişdir. Onun liderliyi altında Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında 2016-cı il 25-27 aprel tarixlərində keçirilən 7-ci Qlobal Forumuna ev sahibliyi etdi. İlham Əliyev 5 may 2004-cü ildə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında Sərəncam imzaladı. Təqribən dörd il sonra-10 aprel 2008-ci ildə o, Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında başqa bir Sərəncam imzaladı. 21 oktyabr 2009-cu ildə imzalanan Sərəncamla isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunu yaradıldı. Dörd ay sonra-19 fevral 2009-cu ildə İlham Əliyev Fondun Nizamnaməsini təstiq etdi. Prezident Əliyev 14 yanvar 2016-cı ildə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı. O, həmçinin, 19 dekabr 2012-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsini yaratdı. 8 noyabr 2016-cı ildə Prezident Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının yaradılması haqqında başqa bir Sərəncam imzaladı.9 aprel 2018-ci ildə Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalamışdır.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası İlham Əliyevin ölkənin gələcək inkşafı məqsədilə göstərdiyi əsas strateji təşəbbüslərdən biri kimi qəbul olunur. Bu konsepsiyanın hazırlanması barədə müvafiq Sərəncam 29 noyabr 2011-ci ildə qəbul olundu və 29 dekabr 2012-ci ildə isə qəbul olunmuş Fərmanla konsepsiya təstiq olundu. Konsepsiya 2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və ictimai rifahın artırılması üçün tədbirlər və fəaliyyətlər nəzərdə tutur. BMT-nin Dayanıqlı İnkşaf Məqsədlərinin tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində İlham Əliyev tərəfindən təstiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları və bu məqsədlər barəsində əsas məsələləri əks etdirən strategiya kimi təsvir olunmuşdur. Eyni yanaşma 2015-ci il Dünya İqtisadi Forumu üçün hazırlanmış və Xarici Siyasət jurnalında nəşr olunmuş Məruzədə də qeyd olunmuşdur. İqtisadi sahədə ixtisaslaşmış “The Business Year” jurnalı İlham Əliyev tərəfindən təşəbbüs edilən konsepsiyanı Azərbaycanın milli iqtisadi maraqlarını qorumaq məqsədilə hazırlanmış ağıllı strategiya kimi qiymətləndirdi.
İlham Əliyev 6 dekabr 2016-cı ildə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman imzaladı. 16 yanvar 2017-ci il tarixində Prezident Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində Strateji Yol Xəritəsinin hazırlanmasında iştirak edən MakKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə görüşdü. İlham Əliyev çıxışlarında dəfələrlə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamət olduğu və bu məqsədlə hökumətinin inzibati tədbirlər həyata keçirdiyini və institusional islahatların apardığını qeyd etmişdir. O, 2003-cü ildən-prezidentliyi dövründə korrupsiyaya qarşı mübarizə və inzibati idarəçilik islahatları sahələrində 5 mühüm sənəd imzalamışdır: 1. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər); 2. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya; 3. Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı; 4. Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı; 5. Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı.
Prezident Əliyev 3 mart 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Sərəncam imzaladı. Bu Sərəncamla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradıldı. Sərəncamla, həmçinin, Nazirlər Kabinetinə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlamaq tapşırıldı.Nəticədə, 1 iyun 2005-ci ildə İlham Əliyev “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzaladı. 18 noyabr 2016-cı ildə Prezident Əliyev çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq etdi.
İlham Əliyev 1997-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidentidir. Onun Milli Olimpiya Komitəsinə prezidentliyi dövründə Azərbaycan I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları və 42-ci Şahmat Olimpiyadası kimi bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi etmişdir.
2013-cü ildə İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasının Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi haqqında qərarına müvafiq olaraq 8 sentyabr 2015-ci ildə İlham Əliyev Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Oyunlar 2017-ci il 12-22 may tarixlərində keçirildi və ildə İslam Həmrəyliyi İdman Federasiyasının bütün üzvləri oyunlarda iştirak etdilər.
2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin 2012-ci il 7-8 dekabr tarixlərində Romada keçirilən 41-ci Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarına müvafiq olaraq Prezident Əliyev 17 yanvar 2013-cü ildə I Avropa Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Avropa Oyunları 2015- cil il 12-28 iyun tarixləri arasında 20 idman növü üzrə 50 ölkədən təqribən 6,000 idmançının iştirakı ilə keçirildi.
83-cü FİDE Konqresinin Şahmat Olimpiyadasının Azərbaycanda keçirilməsi qərarına uyğun olaraq 14 fevral 2013-cü ildə İlham Əliyev 42-ci Şahmat Olimpiyadasının Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Oyunlar 2016-cı il 1-16 sentyabr tarixlərində yarışda 175 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandasında cəmi 1587 şahmatçının iştirakı ilə Bakı Kristal Zalında keçirildi.
2009-cu ildə Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına daxil edildi. İki il sonra-2011-ci ildə İlham Əliyev və José Manuel Barroso Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzaladılar. İlham Əliyev 2013-cü ildə Brüsselə səfəri zamanı Birgə Bəyannamənin Azərbaycan və Aİ arasındakı enerji sahəsində əməkdaşlığı üçün əhəmiyyətini aşağıdakı sözlərlə ifadə etdi: “Enerji əməkdaşlığı təbii ki, münasibətlərimizin ən mühüm hissələrindən biridir. Çox şadam ki, 2011-ci ilin əvvəlində sədr Barrozu ilə Bakıda enerji sahəsində strateji əməkdaşlıq haqqında Bəyannaməni imzaladıqdan sonra hazırda onun praktiki nəticələrini görürük. Bu Bəyannamə qaz dəhlizinin həyata keçirilməsində əsas rol oynadı”.
6 fevral 2017-ci ildə Prezident İlham Əliyev ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak etmək üçün Aİ-nın paytaxtı Brüsselə səfər etdi. O, səfər çərçivəsində Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Şurasının və Avropa Komissiyasının prezidentləri və Aİ-nin enerji məsələləri üzrə komissarı ilə görüşdü. Prezident Əliyevin rəsmi səfərindən sonra 7 fevral 2017-ci ildə Azərbaycanla Aİ arasında yeni ikitərəfli müqavilə üzrə danışıqlar başladı.

İlham Əliyev 2004-cü ildə Azərbaycanın NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planına qoşulması ilə təşkilatla əməkdaşlığı genişləndirdi. IPAP ikitərəfli tərəfdaşlıqların sistemləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığın əlaqələndirilməsinə imkan yaradır. Azərbaycan İPAP-ın birinci (2005-2007), ikinci (2008-2010) və üçüncü (2012-2013) mərhələlərini yekunlaşdırmışdır. 19 may 2014-cü ildə İlham Əliyev Brüsseldə birinci İPAP sənədini NATO-ya təqdim etdi.
İlham Əliyev 2006-cı ilin mayında Parisə səfər etdi və NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak etdi. 8 noyabr 2006-cı ildə o, Brüsseldə NATO Baş Katibi Yaap de Hoop Sxefferlə görüşdü. 29 aprel 2009-cu ildə Prezident Əliyev Şimali Atlantika Əməkdaşlıq Şurasının iclasından öncə yenidən Yaap de Hoop Sxefferlə ikitərəfli görüş keçirdi.
2012-ci ilin fevralında Brüsselə səfəri zamanı İlham Əliyevi NATO Baş Qərargahında NATO Baş Katibi Anders Foq Rasmussen qarşıladı və onlar Azərbaycan və NATO arasındakı əməkdaşlığın gələcəkdə genişləndirilməsinin mümkünlüyü barədə müzakirələr apardılar. 2014-cü ildə Brüsselə işgüzar səfəri zamanı İlham Əliyev yenidən Anders Foq Rasmussenlə görüşdü və Şimali Atlantika Əməkdaşlıq Şurasının iclasında iştirak etdi.
NATO tərəfinən Əfqanıstanda aparılan əməliyyatlara dəstək verən ölkənin prezidenti kimi İlham Əliyev 2012-ci ildə Çikaqoda və 2014-cü ilin sentyabrında Uelsdə keçirilən NATO sammitləri çərçivəsində bir sıra iclaslarda iştirak etdi. Prezident Əliyev 2016-cı ilin iyulunda NATO-nun Varşavada keçirilən sammitində Əfqanıstana həsr olunmuş iclasda iştirak etdi. 23 noyabr 2017-ci ildə Prezident Əliyev Brüsseldə NATO Baş Katibi Yens Stoltenberqlə görüşdü. Tərəflər görüşdə NATO və Azərbaycan arasındakı əməkdaşlığı və Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələlərinin müzakirə etdilər. Baş Katib, həmçinin, Azərbaycanın NATO-nun rəhbərlik etdiyi “Qətiyyətli Dəstək Missiyası”na verdiyi töhfələri qiymətləndirdi.
Azərbaycanın balanslaşdırılmış xarici siyasət aparması və regional əhəmiyyəti ABŞ-ın Baş Qərargah rəisi general Jozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimovun ikitərəfli görüş üçün Bakını seçmələrinə şərait yaratdı.
İlham Əliyev dəfələrlə İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biri olduğunu qeyd etmişdir. İlham Əliyev prezidentliyi dövründə İƏT Baş Katibi ilə ilk dəfə İƏT-in 2005-ci ildə Məkkə şəhərində keçirilən üçüncü fövqəladə sammiti zamanı görüşmüşdü. Daha sonra 2006, 2009, 2012 və 2013-cü illərdə İlham Əliyev İƏT Baş Katibini Bakıda qəbul etdi. 6 aprel 2015-ci ildə o, İƏT-nin Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən Baş Qərargahını ziyarət etdi və İƏT Baş Katibi ilə görüşdü. İlham Əliyev, həmçinin, 2006 və 2007- ci illərdə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədrini Bakıda qəbul etdi. Bundan başqa, o, 3 sentyabr 2006-cı ildə Türkiyənin İstanbul şəhərində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun daimi qərargahının açılış mərasimində iştirak etdi.

2016-cı ildə aprel döyüşlərində Azərbaycan ordusunun qüdrəti düşmənə və havadarlaına sübut edildi. Bu sahədə Ali Baş Komandan olaraq, İlham Əiuyev cənablarının xüsusi rolu var.
Cənab Prezidenti işğal altında olan Dağlıq Qarabağla bağlı bütün görüş və danışıqlarda Azərbaycanın öz ərazisini düşmən tapdağından təmizlənəcəyini bildirir.
O müstəqil Azərbaycanın 4-cü prezidentdir. İlham Əliyev cənabları 15 ildir prezidentdir. Bu göstərici ilə o Müstəqil Azərbaycanın tarixində rekord vurub.
Fəaliyytinə görə o, “Heydər Əliyev” və “Şah İsmayıl” ordenləri, Türkiyənin “Dövlət nişanı” ordeni, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni, Fransanın “Fəxri Legionun Böyük Xaç komandoru” ordeni, “Rumıniya Ulduzu” ordeni, Ukraynanın I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni ilə təltif edilib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Bu kimi özəlliklərinə görə xalq İlham Əliyev cənablarını seçdi, ona Azərbaycanı idarə etmək üçün daha 7 illiyə mandat verdi. Biz belə ziyalı, öz dövlətini və xalqını sevən Prezidentimizin olması ilə fəxr edirik.

(Məqalə “Vikipediya”dakı materiallara əsasən hazırlanıb)

İradə Polad

 

Şərh yaz