Təlim aktiv gənclərinin iştirakı ilə yekunlaşdırılmışdır

0
112

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və Mərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyinin birgə əməkdaşlığı ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə “Vətəndaş cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində 2018-ci ilin yanvar ayından başlayaraq fevral 2018-ci il tarixlərində İmisli, Saatlı, Sabirabad və Beylaqan rayonlarında yerli gənclərdən ibarət komanda ilə regionlarda gənclərin Qeyri Hökümət Təşkilatları haqqında bilik və bacarıqlarının artırılması istiqamətində hər rayon üzrə iki günlük təlimlər keçmişdir. Regionlarda gənclərin ictimai fəaliyyətini artırmaq və yerli problemlərin həllinə öz töhfələrini verməkdən ibarət olan layihə çərçivəsində fəal gənclərə QHT-nın mahiyyəti, əhəmiyyəti, yerlərdə QHT yaratmaqla bağlı bilik və bacarıqlarının artırılması istiqamətində təlimlər verildi.

Təlimdə fəal gənc anlayışı, İctimai Birlik və onun fəaliyyət istiqamətləri, liderlik nədir, xarizma önəmlidir, yoxsa liderlik, liderlikdə fundamental həqiqət, fəal gənc anlayışı, İctimai Birliklərin yaradılması və idarə olunması, layihə nədir, layihənin yazılışı, təşkilatın quruculuq və dizay olunması haqqında (qrup içi) mövzular əhatə olunmuşdur. Təlim yanvarın 23-24-də İmişli rayonu aktiv gənclərinin iştirakı ilə yekunlaşdırılmışdır.

Şərh yaz